Arannews-AİP lideri Dr. Möhsün Səmədovun vəkili Anar Qasımlı vurğulayıb ki, Avropa Şurasının siyasi məhbus anlayışında AİP-in məhbus funksionerləri AŞ-nın siyasi məhbus kriteriyasına tamamilə uyğun gəlir .
Bunu vəkili Anar Qasımlı, hüquq müdafiəçisi kimi təqdim olunan Novella Cəfəroğlunun “İslam Partiyasından, “Hicaba azadlıq” aksiyasından tutulanları siyasi məhbus hesab etmirik. Onlar da bizim siyahımızda gedir, amma ayrı ritorika ilə qeyd olunub”, - fikirlərinə münasibət bildirərkən qeyd edib .
Vəkilin sözlərinə görə, islamçıların adı Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasserin siyahısına salınıb .
Vəkil sonda bildirdi ki, zamanında demokratik düşərgədə dindarların işlərinə qarşı isti münasibətin sərgilənməməsi islamçıların adlarının “Amnesty İnternational” təşkilatının vicdan məhbusları siyahısına salınmamasına səbəb oldu: “Çünki “Amnesty İnternational”a islamçılar İranla əlaqədar şəxslər kimi təqdim edilirdi. Avropa təşkilatları da daima bu cür məsələlərdə birmənalı mövqe sərgiləmirlər. Lakin Ştrasserin məlum siyahısı buzların hamısını əritdi.”