Tarix : 2013 Nov 30
Kod 41056

Azər Aran-Qarabağ münaqişəsinə məxsus elmi-tədqiqat jurnalının baş redaktorunun qeydləri

İslam İnqilabının Böyük Rəhbəri Qarabağın ermənilər tərəfindən işğalını və orda baş verən faciələri pisləmiş və vadar edilmiş müharibədə haqq tərəfin qələbə çalacağına ümidvar olduğunu demişdir
Baş redaktorun qeydləri:
Qacar dövrünün yazıçılarının, o cümlədən Xavəri Şirazinin "Səadətli Cənnət" adlandırdığı Qarabağ bir müddətdir ki, regionun ən böhranlı konfliktinə çevrilmişdir və onun həqiqi sakinləri rus çarlığının iki əsr öncə səpdiyi nifaq və ixtilaf toxumlarının nəticəsində rahatlıqdan uzaq və həyəcan içərisində yaşayırlar.
Bir əsr öncəyə qədər Qarabağ əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlar 20 ildir ki, öz ata-baba yurdlarından qovulmuş, hələ də öz vətənlərinə qayıtmaq ümidi ilə günlərini keçirirlər. 1916-cı ilə kimi bu məntəqənin əhalisinin 30 faizini təşkil edən ermənilər rusların müxtəlif dövrlərdəki etnik siyasətləri sayəsində indi əksəriyyətə çevrilmiş və digər bir müharibə qorxusu içərisində həyat sürürlər.
Azərbaycan və Ermənistan arasındakı Qarabağ konflikti 10 minlərlə ölü və yaralı, bir milyon qaçqınla yarım bəndlik atəşkəslə sona yetsə də hələ də region və trans-region güclərin diqqət mərkəzindədir. Həqiqətdə bu konflikt bəzi ölkələrin öz nüfuzlarını konfliktin hər iki tərəfinin və strateji Qafqaz məntəqəsinin siyasi, iqtisadi, mədəni əsaslarında artırmaq üçün hərtərəfli bir fürsət hesab edilir.
Konfliktin tərəfləri ilə tarixi, mədəni ortaqlıq və qonşuluq, habelə böhranın qonşuluğunda dayanmaq, ideoloji xarici siyasət və Azərbaycanın şiələrini dəstəkləməyin lüzumu İran İslam Respublikasını regionda rol ifa etməyə, o cümlədən Qarabağ müharibəsində vasitəçilik etməyə və münaqişəyə son qoymaq üçün çalışmağa vadar etdi. Bu çalışmalarda nisbi və ilk müvəfəqiyyətlər qazanılsa da konfliktin digər oyunçularının hədəf və maraqlarına uyğun olmadığından istənilən nəticə alınmadı. Region və trans-region ölkələr hər biri öz maraqlarına uyğun bu konfliktə müxtəlif səliqələrdən yanaşsalar da ondan Cənubi Qafqaz ölkələrini İrana yaxın olmaqdan saxlamaqda razılığa gələ bildilər. Bu səbəbdən İranın konfliktin həllindəki rolunu zəiflətməyə çalışdılar.
Bu ölkələrin çalışmalarının nəticəlrindən biri də Azərbaycan müsəlmanlarının ümumi fikrinin İrana qarşı bağlılıq və etibarına zərbə vurmaq olmuşdur. Ona görə də bu barədə ümumi fikri işıqlandırmağı lüzumu iki dəfə artırır. Bu mövzu o vaxt daha da artır, bilək ki, qloballaşma əsrində hökumətlər və xalq arasında əlaqələr mürəkkəbləşdikcə, rəqib hökumətin fikir dəyişikliyi çoxaldıqca ümumi fikir daha çox önəm kəsb edir. Ümumi fikrin yaradılması və idarə olunmsı məktəblərin və onun ardınca hakim siyasi güclərin öz güclərinin sınaq yerinə çevrilmişdir. Bu günkü həyatımızda ümumi fikrin təsir və iştirak dairəsi şəhər və ölkə coğrafiyasından qırağa çıxmış, regional və trans-regional ümumi fikirdən danışmaq geniş yayılmış, onun təzyiq və nəticəsini qəbul etmək qaçılmaz olmuşdur. Hal-hazırda dünyanın müxtəlif nöqtələrində xırda və böyük ictimai-siyasi oyunçuların vasitəsilə yaranan bir çox siyasi, hərbi, iqtisadi və s. hərəkət və reaksiyalar ümumi-ictimai fikrin gücü ilə təsirlənmişdir.
Anti-İran dairələrin Qarabağ konfliktində İranın rolu barədə tükənməyən və qeyri-həqiqi təbliğatı elə bir şəraitdədir ki, İran dövləti həmişə bu münaqişənin beynəlxalq səviyyədə qəbul edilmiş qayda-qanunlar, o cümlədən ölkələrin ərazi bütövlüyünə hörmət əsasında sona yetməsini istəmişdir. Bundan da önəmli odur ki, münaqişə illəri boyunca, hətta ondan sonra da İnqilabın Böyük Rəhbəri 1371-ci ildə həcc mərasiminin təşkili ilə bəyanatı, 1372-ci ildə Təbriz əhalisi ilə görüşü, 1373-cü ildə Pakistan prezidenti ilə görüşü, 1373-cü ildə Azərbaycanın o vaxtkı prezidenti ilə görüşü və s. kimi müxtəlif münasibətlərdə Qarabağın ermənilər tərəfindən işğalını və onların orada törətdikləri faciələri açıq-aşkar surətdə pisləmiş və bu hadisələrdə Ermənistanın dövlətinin təcavüzkar olmasını qeyd etməklə yanaşı vadar edilmiş müharibədə haqq tərəfin qələbə çalacağına ümidvar olduğunu bildirmişdir.
Hal-hazırda Qarabağ münaqişəsinin müxtəlif tərəflərinə və onda təsir qoyan dəyişikliklərin artmasına, habelə bu konfliktin ölkəmizin milli maraqlarına yuxarıda nümunələr qeyd etdiyimiz mənfi təsirlərinə diqqət etməklə belə nəzərə gəlir ki, ölkənin elmi-tədqiqat mərkəz və nəşriyyatları tərəfindən bu münaqişənin müxtəlif tərəflərinin araşdırılması gündəmə gəlməlidir. Buna əsaslanaraq bundan sonra Azər Aran jurnalı Qarabağ barədə məsələlərə aid yazılarla nəşr ediləcək. Ümidvarıq ki, bu milli maraqların təmini və Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında bir addım olacaqdır.
  • Yazılıb
  • da (də) 2013 Nov 30