Bakı mediaları elə bir halda Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında viza qaydalarının asanlaşdırılması müqaviləsini şənlik edirlər ki, bundan bir il öncə Azərbaycan Respublikası Parlamenti sərhəd sakinlərinin İranla gediş-gəlişi asanlaşdıran müqaviləni birtərəfli formada ləğv etdi. Hazırda bu sual ortaya atılır ki, Bakının bir tərəfdən Azərbaycan Respublikasının İranla əlaqə bağlarını qırmaq başqa tərəfdən isə bu ölkənin Avropa çərçivələrində həzm edilməsi və onlara bağlanması üzrə səyləri hansı amillərdən mənşə alır?
Arannews-Hazırda Azərbaycan Respublikası adlanan ərazinin İrandan ayrılmasından bəri bu ərazinin mentalitetinin dəyişdirilməsi üçün çoxlu və mürəkkəb səylər göstərilmişdir .
Azərbaycan Respublikasında islamın bütün əsər və nişanələrini məhv etmək üçün bu diyarın təhsil almış və Avropanı görmüş şəxslərini assimilyasiya etmək üçün Çar Rusiyasının təhlükəli proqramlarından tutmuş SSRİ-nin kommunist rejiminin təbliğat maşının hesablanmış və məqsədyönlü fəaliyyəti, eləcə də SSRİ-nin dağılmasından sonra başlanan qərbə inteqrasiya siyasətinin hamısı müştərək bir məqsədə xidmət edib: Azərbaycan Respublikası xalqının mentalitetini dəyişmək .
SSRİ dövründə Azərbaycan Respublikasının müsəlman xalqının mentalitetini dəyişmək çərçivəsində bu xalqın ermənilərlə və ruslarla birləşdirilməsi də gündəmə salınmışdı. Belə ki, Azərbaycan Respublikası xalqının əksər hissəsinin öz mentaliteti, dini və məzhəbi köklərinə bağlı qalmasına rəğmən, bir sıra insanlar da formalaşdı ki, onları şiə azəri adlandırmaq bir az çətin olardı. Çünki ən azı SSRİ-nin kommunist və ateist siyasətləri nəticəsində formalaşan bu kütlədə islam və şiəliyin nişanəsi və ona sadiq qalmaqdan heç bir əlamət görmək mümkün deyildir. Bu kütlənin Azərbaycan Respublikası əhalisinin kiçik bir hissəsini əhatə etməsinə baxmayaraq, həmişə siyasi qüdrət, imkan, sərvət və təyinedici rola sahibi olmuşdur, həm SSRİ dövründə, həm də SSRİ-dən sonrakı dövrdə. SSRİ dövründə Azərbaycan Respublikasını idarə edən şəxslər Kommunist Partiyasının strukturunda inkişaf etmiş və KQB-nin yetişdirdiyi şəxslər idilər. SSRİ-dən sonrakı dövrdə də qüdrət, sərvət və media imkanları əldə edən şəxslər qərb mədəniyyətini genişləndirməyə və sionizmin mənafeyini qorumağa sadiq qaldılar .
Azərbaycan Respublikasının müsəlman xalqının mentalitetini məhv etmək üzrə bu istiqamət və yolun davamında ifratçı türkçülük ünsüründən də gen-bol istifadə edildi ki, bu xalqın mədəniyyət və məzhəbinin əsas kökü yad məsələyə çevrilib, unudulsun. Bu istiqamətdə, hətta 1989-cu ilin noyabr və dekabr aylarında büruzə edən və Azərbaycan Respublikasının müsəlman xalqının sabiq Sovet İttifaqı tərəfindən çəkilən tikanlı məftilləri aradan qaldırıb, özlərinin tarixi vətənlərinə busə vurmaqla özünü nümayiş etdirən Azərbaycan Respublikası xalqının ən təmiz hisləri, Bakıda qüdrət, sərvət və media sahiblərinin təhrifinə və laqeyd yanaşmasına səbəb oldu. Əslində Azərbaycan Respublikasının öz istiqamətini dəyişməli və müsəlman əhalinin dini istəklərinə uyğun bir cəhətin seçilməsinə səbəb olmalı olan qeyd edilən tarixi və unudulmaz hadisədən sonra, Bakıda elə bir hökumət, qüdrətə gətirildi ki, özünün əsas arzularını türkçülük və Qərbə inteqrasiya elan edirdi və Azərbaycan Respublikasının tarixi kökləri barədə nalayiq ifadələr səsləndirirdi. Azərbaycan Respublikasında bu siyasətin hakim kəsilməsi hər il xoşagəlməz hərəkətlərlə təzahür etdi və müsəlman xalqı əlavə problemlərlə üzləşdirdi. Çoxsaylı və müxtəlif missioner qrupların Azərbaycan Respublikasına yollanmasından habelə, sabiq Sovet İttifaqının dağılmasından sonrakı ilk illərdə Azərbaycan Respublikası paytaxtını İslam partiyası və bu ölkənin Daxili İşlər Nazirliyi qüvvələri arasında qanlı toqquşmalar məkanına çevirən Bakıda gözəllik müsabiqəsinin keçirilməsinə tədarükdən tutmuş, Soros və Soxnut sionist fondlarının habelə, Amerikanın respublikaçılar və demokratlarının müəssisələrinin Azərbaycan Respublikasında at oynatmaları, Azərbaycan Respublikasının İslam müqəddəslərinə hörmətsiz yazıların nəşr edilməsi, azan və hicaba qarşı tətbiq edilmiş yasaqlar, bayağı Avroviziya müsabiqəsinin keçirilməsi və hətta Bakıda geyparadın keçirilməsinə tədarükün görülməsinə qədər, bunların hamısı Azərbaycan Respublikasının müsəlman xalqının mentalitetini məhv etmə həmçinin bu ərazidə yeni bir mentalitetin yerləşdirilməsi siyasəti çərçivəsində yerləşir .
Bu siyasət başqa laylarda da qəbul ediləsi bir zahirlə tətbiq edilir. Bu günlərdə Qərbə inteqrasiya siyasəti və Azərbaycan Respublikasını Avropa Birliyinə qoşulmaq üçün hazırlamaq, Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında " viza rejiminin asanlaşdırılması" adlı sənədin imzalanması ilə izlənilibdir. Bu anlaşma sənədinə əsasən bundan sonra Azərbaycan Respublikası vətəndaşları keçmişlə müqayisədə daha rahat formada Şengen vizası alıb, Avropa səyahətinə çıxa biləcəklər və avropalılar da bundan sonra keçmişlə müqayisədə olduqca rahat formada Azərbaycan Respublikasına səfər edə biləcəklər. Azərbaycan Respublikası vətəndaşları üçün uzunmüddətli Şengen vizasının müddəti üç ildən beş ilə qədər artacaqdır. Azərbaycan Respublikası vətəndaşları bundan sonra uzunmüddətli viza aldıqdan sonra üç ay yerinə altı ay müddətində Avropada qala biləcəklər. Bundan sonra Şengen vizası 60 avro yerinə 35 avroya Azərbaycan Respublikası vətəndaşlarına veriləcəkdir. Azərbaycan Respublikası vətəndaşlarının bəzi təbəqələri, o cümlədən 12 yaşından aşağı olan uşaqlar, təqaüdə çıxmış şəxslər, dövlət işçiləri, əlillər, Şengen hövzəsi ölkələrində qohum-əqrəbaları yaşayan şəxslər, jurnalistlər, Avropadakı konfranslarda iştirak edən dövlət təşkilatlarının nümayəndələri və tələbələr pulsuz olaraq, Şengen vizasını ala biləcəklər. Şengen vizasının verilmə müddəti keçmiş ilə müqayisədə iki dəfə azalmış olacaq; pulsuz Şengen vizası alan şəxslər üçün maksimum iki gün içərisində bu viza veriləcəkdir. Şengen vizasının verilməsi üçün lazım olan sənədlər xeyli azalacaqdır; viza müddətləri Şengen ölkələrində sona çatan şəxslər, Azərbaycan Respublikasına geri dönməyə ehtiyac olmadan Avropada onların viza müddəti uzadılacaqdır və ....
Bakı mediaları elə bir halda Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında viza qaydalarının asanlaşdırılması müqaviləsini şənlik edirlər ki, bundan bir il öncə Azərbaycan Respublikası Parlamenti sərhəd sakinlərinin İranla gediş-gəlişi asanlaşdıran müqaviləni birtərəfli formada ləğv etdi. Hazırda bu sual ortaya atılır ki, Bakının bir tərəfdən Azərbaycan Respublikasının İranla əlaqə bağlarını qırmaq başqa tərəfdən isə bu ölkənin Avropa çərçivələrində həzm edilməsi və onlara bağlanması üzrə səyləri hansı amillərdən mənşə alır? Görəsən qarşıya qoyulan yol, Azərbaycan Respublikası xalqını xoşbəxtliyə çatdıracaqdır yoxsa bu məntəqənin rusun siyasi coğrafiyası və mədəniyyətinə birləşdirilməsi təcrübəsi kimi bu siyasəti izləyənlərin hədəflərindən başqa nəticə ilə sona çatacaqdır və sonunda Azərbaycan Respublikası xalqı bir daha da 1989-cu ilin noyabr və dekabr aylarında olduğu kimi bir daha göstərəcək ki, heç bir amil, nə çar Rusiyası, nə kommunist Sovet İttifaqı , nə Qərb mədəniyyətinin təbliğatçıları, nə də xərçəngvari sionizm cərəyanı Azərbaycan Respublikasının şiə xalqının kökünü quruda bilməyəcək və özünün lax tumunu bu ərazidə əkə bilməyəcək .