Asim Məmmədovun 10 noyabrda Facebook səhifəsində yazdığı DÜŞÜNDÜRÜCÜ status bundan ibarət olub : “Son zamanlar görürəm ki, Azərbaycandakı şiələr və vəhhabilər bir-birlərinin ünvanına "posledni" küçə söyüşləri, ölüm təhdidləri və s. səsləndirməkdən çəkinmirlər
Arannews-Gənc dindar Asim Məmmədovun ölümünü dövlət orqanları və bir sıra zahirdə muxalifət qəzetləri intihar qələmə versələr də dindar gəncin fəaliyyətləri bu versiyanın tam əleyhinədir .
Asim Məmmədovun 10 noyabrda Facebook səhifəsində yazdığı DÜŞÜNDÜRÜCÜ status bundan ibarət olub :
“Son zamanlar görürəm ki, Azərbaycandakı şiələr və vəhhabilər bir-birlərinin ünvanına "posledni" küçə söyüşləri, ölüm təhdidləri və s. səsləndirməkdən çəkinmirlər. Hələlik bu təhdidlər quru sözlərdən kənara çıxmasa da, bu gedişlə ölkəmizin ikinci Suriyaya çevrilməsi uzaqlarda deyil. Bu baş verəndə isə, hökumət zindandakı ruhanilərin ayağına gəlib onlardan vəhhabilərə qarşı müqavimət dəstələrini yaratmaqlarını yalvaracaq. Çünki yezİTin məktəbi qarşısında yalnız HÜSEYN məktəbi dirənə bilər. Necə ki, vəhhabilərlə mübarizədə tamamilə aciz olan bəşər əsəd də yalnız Hizbullahın Suriya hadisələrinə müdaxiləsindən sonra müharibənin gedişini öz xeyrinə dəyişdirə bildi.”