Tarix : 2013 Dec 01
Kod 41063

Möhsün Mövlayi :İran vətəndaşı Həsən Fərəcinin günahsızlığı məhkəmə rəsmiləri üçün isbat olundu

Mövlayi: Biz İran vətəndaşlarını qorumalıyıq və bu gün də Həsən Fərəcinin çıxış problemini həll etmək üçün səylər davam edəcək

Arannews-Ötən ay Bakıda sionist rejim səfirliyi qarşısından keçməsinə görə həbs olunan İranın günahsız vətəndaşının azad olunmasına baxmayaraq, Azərbaycan Respublikasının sərhəd məmurları ona bu ölkədən çıxmaq icazəsi verməyiblər .

İranın Bakıdakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Möhsün Mövlayi İRNA ilə müsahibədə Həsən Fərəcinin azad olması xəbərini təsdiqləyərək deyib: Həyata keçirilən işlər ardınca o cümə günü səhər azad olundu və Azərbaycan Respublikasından çıxmaq üçün Biləsuvar sərhədinə yollandı. Lakin Miqrasiya İdarəsindən çıxış icazəsi olmadığına görə çıxış icazəsini almaq üçün Lənkəran şəhərinə qayıtmağa məcbur oldu .

İranın Bakıdakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi deyib: Bu iranlı günahsız vətəndaş Miqrasiya idarəsinin Lənkəran şöbəsindən çıxış icazəsi aldıqdan sonra İrana keçmək üçün Astara sərhədinə yollanıb. Orada da naməlum səbəbə görə ona deyilib ki, Bakıya qayıtmalı və polis idarəsinə müraciət etməlidir .

Mövlayi irəli sürülən ittihamların sübuta yetirilməməsini Həsən Fərəcinin azad olunmasının səbəbi adlandırıb və deyib: Xoşbəxtlikdən istintaq mərhələsində İran vətəndaşının günahsızlığı məhkəmə rəsmiləri üçün isbat olundu .

İran səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi həmçinin səfirliyinin Həsən Fərəci ilə telefon əlaqələri və onun sağlamlığının təsdiqləndiyinə toxunaraq əlavə edib: Biz İran vətəndaşlarını qorumalıyıq və bu gün də onun çıxış problemini həll etmək üçün səylər davam edəcək .

Qeyd etmək lazımdır ki, Həsən Fərəci Bəhlul oğlu ötən ay sionist rejimin səfirliyinin yerləşdiyi otelin prospektindən keçmək ittihamı ilə həbs olunmuş və bəzi medialar sionist rejimin xeyrinə etiraf almaq üçün Bakı tərəfindən onun işgəncə olunduğunu bildirmişlər.


  • Yazılıb
  • da (də) 2013 Dec 01