Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barədə açılmış cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilir
Arannews- Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barədə açılmış cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilir .
hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində G. Əhmədova son sözlə çıxış edəcək. Bugünkü prosesdə sabiq deputata hökm oxunacağı gözlənilir .
Qeyd edək ki, son prosesdə hakim G. Əhmədovaya son sözlə çıxış etməsi üçün 6 gün vaxt vermişdi. Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib .
Onu da bildirək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.