Tarix : 2013 Dec 02
Kod 41080

Rusiya prezidenti Vladimir Putinin Ermənistana çoxdan gözlənilən səfəri başlayır

Bəs Putinin bu səfəri Ermənistan və region üçün nə deməkdir? Azərbaycan bu səfərdən nə gözləyə bilər və Rusiya prezidenti uzun fasilədən sonra ölkəsinin regiondakı forpostuna baş çəkməklə hansı mesajları verir?
Arannews-Rusiya prezidenti Vladimir Putinin Ermənistana çoxdan gözlənilən səfəri başlayır .

Kremlin mətbat xidmətinin yaydığı məlumat  xəbər verir ki, Putinin səfəri dekabrın 2-də paytaxt İrəvandan yox, 102-ci Rusiya hərbi bazasının yerləşdiyi Gümrü şəhərindən başlayacaq. Səfər proqramına əsasən V.Putin Ermənistan prezidenti Serj Sərkisyanla birlikdə 102-ci hərbi bazaya baş çəkəcək və bu şəhərdə təşkil olunacaq III Rusiya-Ermənistan regionlararası forumunun işində iştirak edəcək .

Kremlin açıqladığı məlumata görə, səfər ən yüksək status - dövlət səfəri statusu daşıyır. Gümrüdən sonra İrəvanda yüksək səviyyədə Rusiya-Ermənistan danışıqları olacaq. Danışıqların gündəliyində ikitərəfli əməkdaşlığın əsas məsələləri, o cümlədən Serj Sərkisyanın sentyabrın 3-də Moskvaya səfəri zamanı əldə edilmiş razılaşmalar, Ermənistanın Gömrük İttifaqına qoşulması istiqamətində sonrakı addımlar müzakirə olunacaq .

Ermənistan mətbuatı xəbər verir ki, Putinin səfəri dekabrın 3-nə keçən gecə başa çatacaq, yəni Rusiya prezidenti İrəvanda gecələməyəcək .

Bəs Putinin bu səfəri Ermənistan və region üçün nə deməkdir? Azərbaycan bu səfərdən nə gözləyə bilər və Rusiya prezidenti uzun fasilədən sonra ölkəsinin regiondakı forpostuna baş çəkməklə hansı mesajları verir ?

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Rusiya Ermənistanın təhlükəsizliyinin tək qarantı olsa da bu ölkədə Putinin səfərindən heç də sevinmirlər. Əksinə, kədərlənirlər və hətta onu etiraz aksiyaları ilə qarşılamağa hazırlaşırlar. Dekabrın 2-də Putinin təyyarəsi Gümrü şəhərindəki “Şirak” aeroportuna enəndə İrəvanda Ermənistanın Gömrük İttifaqına üzvlüyünə və bütünlüklə Rusiyanın tabeçiliyi altına keçməsinə etiraz olaraq mitinq keçirməyə cəhd edəcəklər .

Ona görə cəhd ki, Ermənistan Ukrayna deyil və bu ölkədə Rusiyanın təsirindən azad olmaq uğrunda küçələrə yüz minlərlə adamın çıxmasını heç kim gözləmir. Ermənistan siyasi elitası böyük ölçüdə Putinin nəzarətindədir. Bununla belə Rusiyanın Ermənistanı öz müstəmləkəsinə çevirməsindən narazı olan keçmiş sovet dissidenti Paruyr Ayrikyan və Los-Anceles ermənisi, keçmiş xarici işlər naziri Raffi Hovannesyan kimi azsaylı siyasətçilər, onların tərəfdarları etirazlar təşkil etməyə çalışırlar .

Putinin Ermənistana səfər edəcəyi barədə bu vaxta qədər bir neçə dəfə xəbərlər yayılmışdı. Lakin səfərin baş tutacağı sentyabrın 3-də dəqiqləşdi: Moskvaya çağırılan Serj Sərkisyan Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamaq üçün tam hazır olan Ermənistanın Avropaya inteqrasiyadan imtina edib Gömrük İttifaqına qoşulmasına qərar verdi .

Bu, Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs sammiti ərəfəsində Putinin ilk ciddi qələbəsi idi və Qərbdə geniş rezonans doğurdu. Putin Ermənistanın üzünü Gömrük İttifaqına çevirməklə Avropanın böyük önəm verdiyi Vilnüs sammitinin əhəmiyyətinə ciddi zərbə vura bildi. Avropa İttifaqı rəhbərləri S.Sərkisyanın onları aldatmasından və son anda Putinin təzyiqlərinə boyun əyməsindən xeyli pərt oldular. Və ardınca elan edildi ki, Rusiya prezidentinin Ermənistana çoxdan planlaşdırılan səfəri nəhayət baş tutacaq .

Daha sonra səfərin tarixi elan edildi. Məlum oldu ki, Putin səfərini Vilnüs sammitindən cəmi 3 gün sonraya təyin edib. Rusiya prezidentinin bununla hansı mesaj verdiyi aydın idi. Putin Ermənistanın, ardınca Ukraynanın Avropaya inteqrasiyanı dayandırması ilə uğursuzluğa düçar olacağı əvvəlcədən məlum olan Vilnüs sammitindən sonra öz qələbəsini qeyd etmək istəyirdi .

Lakin bu da hələ hamısı deyil. Səfər üçün dekabrın 2-nin seçilməsinin başqa anlamı da var. 93 il əvvəl, məhz dekabrın 2-də XI Qızıl Ordunun hissələri Anatoli İliç Qekkerin komandanlığı altında İcevan şəhərindən Ermənistana daxil olaraq bu ölkənin 2 illik müstəqilliyinə son qoymuşdu .

Ermənistanda Putinin niyə məhz 2 dekabrı seçməsinin məqsədini dərhal anladılar: Rusiya bununla mesaj verirdi ki, Ermənistan üçün  artıq oyun bitib və müstəqillik arzularını başdan çıxarmağın vaxtıdır .

Nəhayət, proqram açıqlandı və məlum oldu ki, Putin səfərini “müstəqil ölkənin” paytaxtından yox, Rusiya hərbi bazasının yerləşdiyi keçmiş Aleksandropol, indiki Gümrü şəhərindən başlayacaq .

Bu da suallar doğurdu. Bir halda ki Putin Ermənistana dövlət səfərinə gəlir, o zaman onun təyyarəsi nədən bu ölkənin paytaxtına yox, rus qoşunlarının yerləşdiyi əyalət şəhərinə enir? Ermənistan siyasətçiləri və ekspertləri üçün bu sualın cavabı aydındır. Putin artıq Ermənistanı müstəqil dövlət yox, Rusiyanın müstəmləkəsi hesab edir .

Səfər ərəfəsində Rusiya siyasi çevrələrindən belə məlumatlar sızdırmağa başladılar ki, Ermənistan Putinin gəlişi şərəfinə Gümrü şəhərinin adını dəyişdirib Aleksandropol qoya bilər. Xəbərlərə görə, Putin bu barədə istəyini Sərkisyana “sözarası” çatdırmağa hazırlaşır .

Qərbi Azərbaycanın Şörəyel mahalında, Arpaçayın sahillərində yerləşən Gümrü şəhəri rus işğalından sonra məhz Aleksandropol adlanmağa başlamışdı .

Rusiya imperatoru çar I Nikolayın əmri ilə 1837-ci ildə Gümrü şəhərinin adı dəyişdirilərək imperatorun arvadı Aleksandra Fyodrovnanın şərəfinə Aleksandropol adlandırılmışdı. Şəhər 1924-cü ilə qədər bu adı daşıyıb .

Bu gün isə erməni rəsmiləri şəhərin adının dəyişdiriləcəyindən xəbərsiz olduqlarını deyirlər. Lakin erməni mətbuatı yazır ki, çar Vladimirin gəlişindən sonra Gümrü adını dəyişib Aleksandropol olsa, bu, heç kimi təəccübləndirməz .

Ermənistanda Putinin gəlişi ərəfəsində Rusiyaya daha bir hədiyyə hazırladılar. İrəvanın “Erebuni” aeroportunun ərazisinin bir hissəsi 102-ci bazaya verildi və həmin ərazidə Rusiyanın Ermənistana yeni gətirilmiş vertolyot eskadrilyası yerləşdirildi .

Belə görünür ki, çar da öz təbəələrinin yanına əliboş gəlmir. Rusiya mənbələrinin xəbər verdiyi kimi, Putinin səfəri zamanı 102-ci hərbi bazada yeni raket qüvvələrinin yerləşdirilməsi məsələsi həll olunacaq. O cümlədən Rusiyanın Ermənistana “Smerç” reaktiv yaylım atəşi sistemlərini verəcəyi haqda xəbərlər var .

Rusiya imperatoru çar I Nikolayın əmri ilə 1837-ci ildə Gümrü şəhərinin adı dəyişdirilərək imperatorun arvadı Aleksandra Fyodrovnanın şərəfinə Aleksandropol adlandırılmışdı. Şəhər 1924-cü ilə qədər bu adı daşıyıb .

Bu gün isə erməni rəsmiləri şəhərin adının dəyişdiriləcəyindən xəbərsiz olduqlarını deyirlər. Lakin erməni mətbuatı yazır ki, çar Vladimirin gəlişindən sonra Gümrü adını dəyişib Aleksandropol olsa, bu, heç kimi təəccübləndirməz .

Ermənistanda Putinin gəlişi ərəfəsində Rusiyaya daha bir hədiyyə hazırladılar. İrəvanın “Erebuni” aeroportunun ərazisinin bir hissəsi 102-ci bazaya verildi və həmin ərazidə Rusiyanın Ermənistana yeni gətirilmiş vertolyot eskadrilyası yerləşdirildi .

Belə görünür ki, çar da öz təbəələrinin yanına əliboş gəlmir. Rusiya mənbələrinin xəbər verdiyi kimi, Putinin səfəri zamanı 102-ci hərbi bazada yeni raket qüvvələrinin yerləşdirilməsi məsələsi həll olunacaq. O cümlədən Rusiyanın Ermənistana “Smerç” reaktiv yaylım atəşi sistemlərini verəcəyi haqda xəbərlər var .

A.Qoltsun qənaətinə görə, Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin Rusiya tərəfindən gələcəkdə yenidən təchizatı da istisna deyil .

Nəhayət, Putinin səfəri ərəfəsində 102-ci bazaya 3 min yeni rus əsgəri də yerləşdirildi. Tanınmış rusiyalı ekspert, “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov deyir ki, Putinin səfərini 102-ci bazadan başlaması, bu hərbi bazanın genişləndirilməsi və orada əlavə qüvvələrin cəmləşdirilməsi bilavasitə regionda balansı saxlamağa hesablanıb. O, qeyd edir ki, Azərbaycan hazırda ciddi hərbi üstünlüyə malikdir və Ermənistan ancaq Rusiyanın köməyi ilə balansı saxlaya bilərdi .

Beləliklə, Putinin təhlükəsizlik təminatının əvəzində öz müstəqilliyindən əl çəkməyə hazır olan Rusiya müstəmləkəsinə səfəri regionda tam müstəqil siyasət yürütməkdə qərarlı olan Azərbaycana da müəyyən mesajlar verməyə hesablanıb. Bundan əvvəl Azərbaycana, onun hakimiyyətinə və prezidentinə qarşı müxtəlif təzyiq rıçaqlarını işə salan Kreml istədiyinə nail ola bilmədi .

Azərbaycanın bu təzyiq rıçaqlarına qarşı güclü immunitetinin formalaşdığını görən Kreml onunla bərabərhüquqlu tərəfdaşlığa razılaşmalı oldu. Ancaq bu, o demək deyil ki, Rusiya daha əlverişli fürsət əldə etməyə can atmır.  Xüsusən də Ukrayna ilə bağlı situasiyadan sonra Putin özünü çox inamlı hiss edir və yəqin ki, Azərbaycan istiqamətində yeni həmləni gözləmək lazım gələcək.



  • Yazılıb
  • da (də) 2013 Dec 02