Tarix : 2013 Dec 03
Kod 41093

İranın YUNESKO-dakı daimi səfiri və nümayəndəsi deyib: İndiyə qədər İranın 10 qeyri-maddi irsi bu təşkilatda qeydə alınıb.: İndiyə qədər İranın YUNESKO-da 10 qeyri-maddi irsi qeydə alınıb

İranın YUNESKO-dakı daimi səfiri və nümayəndəsi deyib: İndiyə qədər İranın 10 qeyri-maddi irsi bu təşkilatda qeydə alınıb

 

İranın YUNESKO-dakı daimi səfiri və nümayəndəsi deyib: İndiyə qədər İranın 10 qeyri-maddi irsi bu təşkilatda qeydə alınıb.

Doktor Məhəmmədrza Məcidi Bakıda keçirilən YUNESKO-nun qeyri-maddi irslər dövlətlərarası komitəsinin illik iclasının kənarında İRİB müxbiri ilə müsahibədə deyib: İran fəal heyətlə bu iclasda iştirak edir və gələn iki günə qədər İranın nəzərdə tutduğu məsələlər irəli sürüləcək.

Qeyri-Maddi İrslər Konvensiyası adlanan 2003-cü il konvensiyası çərçivəsində İranın fəal olmasına səy göstərildiyini bəyan edən Məcidi söyləyib: Son bir neçə ildə və qeyri-maddi irslərin qeydi məsələsi irəli sürülən zamandan indiyə qədər İranın 10 qeyri-maddi irsi beynəlxalq şəkildə qeydə alınıb.

İranda maddi irslər kimi qeyri-maddi irslərin də əhəmiyyətli olduğunu vurğulayan doktor Məcidi əlavə edib: Asiya qitəsinin böyük bir hissəsinin yeganə önəmli mərkəzi olan Qərbi Asiyanın İranda qeyri-maddi irsləri regional mərkəzi YUNESKO tərəfindən qeydə alınıb.

Azərbaycan Respublikasının İranın “Çövkən” idmanının öz adına qeydə alınmasına çalışması və İranın xalq təbabətinin qeydə alınması ilə bağlı təklifi barəsində sualı cavablandıran Məcidi deyib: İclasın gələn iki günündə nəzərdə tutulan məsələlər irəli sürüləcək və bu barədə məsləhətləşmələr aparılacaq.


  • Yazılıb
  • da (də) 2013 Dec 03