Tarix : 2013 Dec 03
Kod 41094

ŞOK: Azərbaycan Respublikası sərhədçiləri bu dəfə öz silahdaşların öldürdülər

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov dünən axşam Azərbaycan -İran sərhəddində baş verən insidentlə bağlı araşdırmasının nəticəsini açıqlayıb

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov dünən axşam Azərbaycan -İran sərhəddində baş verən insidentlə bağlı araşdırmasının nəticəsini açıqlayıb.

Üzeyir Cəfərov Facebook səhifəsində,   bildirib : “Hadisə səhv qurulmuş əməliyyat nəticəsində baş verib və hərbçilərimiz öz yoldaşlarına səhvən atəş açıblar.”

Hərbi ekspert  əlavə edib : "Bizə verilən məlumat əgər doğrudursa, onda bu sadəcə general-leytenant Elçin Quliyevin istefası və Lənkəran Sərhəd Dəstəsinin komandirinin və digərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnməlidir."

Ü.Cəfərov  Azərbaycan Respublikası mediasında Dövlət Sərhəd Xidmətinə istinadən yaydığı məlumatla bağlı qeyd edir ki, dünən gecə bu məlumatın təcili yayılması onu deməyə əsas verir ki, DSX-nin başbilənləri səhər bu hadisə haqqında dəqiq və dolğun məlumatın yayılmasını istəməyiblər.

Ü.Cəfərov   vurğulayıb : "İndi qoy açıqlasınlar ki, 1 hərbçiyə atəş açib onu öldürən(lər), ikisini isə yaralayan kim(lər) olub? Bizə verilən məlumat isə ondan ibarətdir ki, hadisə səhv qurulmuş əməliyyat nəticəsində baş verib və hərbçilərimiz öz silahdaşlarına səhvən atəş açıblar. "

Qeyd edək ki, DSX-nin çaşdırıcı məlumatının davamında Bakı mediası yalan olaraq iddia etmişdirlər  ki, İranın Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqari insidentlə bağlı Azərbaycana xəbərdarlıq edib. Halbuki, belə bir xəbərdarlıq olmayıb.

Azərbaycan Respublikası DSX-nin qüvvələri son illərdə iranlı sərhədçiləri və sərhəddə yaşayan kənliləri də vaxtaşırı atəşə tuturlar .

 


  • Yazılıb
  • da (də) 2013 Dec 03