Arannews-Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar.Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb .
Verilən məlumata görə, hadisə cəbhənin Xocavənd istiqamətində qeydə alınıb .
Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Əlisi Firdovsi oğlu Muradov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib .
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər .
Qeyd edək ki, Ə. Muradov Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.