Tarix : 2013 Dec 03
Kod 41100

sabiq deputata yüngül hökm

Bakı Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib

Arannews-Azərbaycan Respublikası Parlamentinin sabiq deputat deputat Gülər Əhmədovaya hökm oxunub .

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib .

Gülər Əhmədova külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib. Lakin onun deputatlıq xidməti nəzərə alınaraq yalnız 3 il həbsə məhküm olunub .

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə vəd  verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb .

Azərbaycan Respublikasında bəzi siyasətləri tənqid edən ruhanilərə 10 ildə artıq həbs cəzası verildiyindən, sabiq deputatın dövlətə düniya səviyyəsində rüsvayçılıq gətirdiyi cinayətinə görə yalnız 3 il həbs cəzası verilməsi  ictimai qınağa tuş gəlib.


  • Yazılıb
  • da (də) 2013 Dec 03