Rusiya prezidenti:Biz istərdik ki, Rusiya sərhədlərinə bu qədər yaxın olan və RF-lə bu cür sıx əlaqələri olan zonada bir daha qan axmasın - nə Ermənistan vətəndaşlarının, nə də Azərbaycan vətəndaşlarının
Arannews-İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin erməni jurnalistlərin Dağlıq Qarabağda müharibə başlanılması perspektivləri barədə suallarını cavablanlırıb .
Qeyd olunur ki, jurnalistlərin sualları münaqişənin Azərbaycan tərəfindən hərbi yolla həlli variantı barədə olub .
Rusiya prezidenti ümid etdiyini bildirib ki, Dağlıq Qarabağda indən belə nə ermənilərin, nə də azərbaycanlıların qanı axmayacaq: “Biz istərdik ki, Rusiya sərhədlərinə bu qədər yaxın olan və RF-lə bu cür sıx əlaqələri olan zonada bir daha qan axmasın - nə Ermənistan vətəndaşlarının, nə də Azərbaycan vətəndaşlarının ”.
“Mən bu yaxınlarda Bakıda səfərdə olmuşam. Biz Azərbaycan prezidenti ilə nizamlanma perspektivlərindən çox müfəssəl danışmışıq. Mən çox məmnunluqla qeyd edirəm ki, noyabrın 19-da Vyanada keçirilmiş görüş çox müsbət xarakterli olub. Biz hər iki tərəfin nizamlanma ilə bağlı sağlam düşüncəsinə çox ümid edirik, buna ATƏT-in Minsk qrupu çərçivəsində nail olmağa çalışacağıq”, - deyə Putin vurğulayıb.