Tarix : 2013 Dec 03
Kod 41106

Cəmil Həsənli :Bahalaşma yolverilməzdir

Milli Şuranın üzvü bildirib: “Əmək haqlarının, pensiyaların, sosial müavinətlərin aşağı olduğu bir zamanda bahalaşma yolverilməzdir. Benzinin bahalaşması ümumilikdə bazarın bahalaşması deməkdir

Arannews-Milli Şuranın 3 dekabr sessiyasında ölkədəki qiymət artımı və buna etiraz olaraq aksiyaların keçirilməsi məsələsi müzakirə ediləcək. Bunu  Milli Şuranın üzvü professor Cəmil Həsənli deyib .

O bildirib: “Əmək haqlarının, pensiyaların, sosial müavinətlərin aşağı olduğu bir zamanda bahalaşma yolverilməzdir. Benzinin bahalaşması ümumilikdə bazarın bahalaşması deməkdir. Çünki benzinin qiymətinin qalxması bütün sahələrdə qiymətləri qaldırır .

Azərbaycan neft ölkəsidir. Neft ölkəsində yanacağın qiymətinin bu qədər artması müsbət qarşılana bilməz. Tarif Şurasının bahalaşma ilə bağlı qəbul elədiyi qərar əhalinin həyat tərzinə mənfi təsir göstərəcək. Buna etiraz olaraq dinc aksiyaların keçirilməsi məsələsi Milli Şuranın sessiyasında müzakirə olunacaq”.

  • Yazılıb
  • da (də) 2013 Dec 03