Tarix : 2013 Dec 03
Kod 41109

Zərif: Firqəçilik Yaxın Şərq regionu üçün təhlükəlidir

İran İslam Respublikasının xarici işlər naziri qeyd edib ki, İran regionda firqəçiliyə qarşıdır

İran İslam Respublikasının xarici işlər naziri qeyd edib ki, İran regionda firqəçiliyə qarşıdır.

Məhəmməd Cavad Zərif Əl-Cəzirə televiziyasının ingilis dilli xidməti ilə eksklüziv müsahibədə deyib: Region ölkələri bir-birləri ilə anlaşma ilə firqəçilik və təfriqənin genişlənməsinə mane olsunlar. Çünki firqəçilik bütün region üçün təhlükəlidir.

Nüvə proqramı barəsində İranın Fordo və Nətənz nüvə obyektlərində 5% həddində uranın zənginləşdirilməsi və İranın mərkəzində Ərak reaktorunun inşa edilməsinin davam edəcəyini qeyd edən Zərif söyləyib: İran bəzi fəaliyyətləri yerinə yetirməməsi üzrə razılıq edib. Bu razılaşma çərçivəsində və təyin olunmuş zaman cədvəli əsasındadır.

İranın xarici işlər naziri sanksiyaların başlandığı zaman İranın 200-dən az sentrifuqası olduğunu, lakin hazırda 19 min sentrifuqaya malik olduğunu bəyan edərək deyib: Buna görə sanksiyaların əsas məhsulu təxminən 18 min 600 sentrifuqanın istehsalı olmuş və İranın sentrifuqalarına əlavə olunmuşdur. Buna görə sanksiyalar iflasa uğramışdır.

 


  • Yazılıb
  • da (də) 2013 Dec 03