Tarix : 2013 Dec 04
Kod 41113

Əfxəm :İran Azərbaycan Respublikası ilə elmi əməkdaşlığa hazırlığını elan edir

Bu məsələ çox münasib və uğurlu məsələdir

Arannews-İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası tələbələrinin İran universitetlərində qəbul olunması barəsində Azərbaycan Respublikası ilə elmi və qanuni əməkdaşlıq üçün İranın tam hazır olduğunu bildirib .

Xanım Mərziyyə Əfxəm İranın universitetləri və elmi mərkəzlərində Azərbaycan Respublikasından müraciət edənlərin qəbul olunması ilə bağlı müraciətlərin artması barəsində Beynəlxalq Səhər telekanalı müxbirinin sualına cavabda deyib: Bu məsələ çox münasib və uğurlu məsələdir. Əgər müsbət yollar və müəyyən məqsədlər istiqamətində olarsa, Azərbaycan rəsmiləri elmi və qanuni yol istiqamətində bu məsələləri araşdırarlarsa, İrana müraciət olunarsa və İranın əlaqədar rəsmiləri, xüsusilə də İranın Təhsil Nazirliyi ilə söhbət edərlərsə, bu məsələ mütləq İran tərəfindən razılaşdırılmışdır və İran öz elmini ölkələrə təqdim etmək barəsində lazımi hazırlığa malikdir .

Xanım Əfxəm Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının iclasının kənarında İran və Azərbaycan Respublikasının əməkdaşlıqlarının genişləndirilməsi üçün iki ölkə xarici işlər nazirlərinin son müzakirələri barəsində də deyib: İƏT iclası ilə əlaqədar demək lazımdır ki, İranın Azərbaycanla münasibətləri iki dost və qonşu ölkə olaraq həmişə irəli sürülmüşdür. İran həmişə elan edib ki, Azərbaycanla çoxlu dini, tarixi və mədəni ortaqlıqlara və münasibətlərə malikdir və bu maraqlar günü-gündən artmaqdadır. İstər ikitərəfli münasibətlər, istərsə də regionla əlaqədar münasibətlər barəsində. Buna görə, İƏT-in 21-ci iclasının kənarında iki ölkənin xarici işlər nazirləri tərəfindən də ikitərəfli əməkdaşlıqların genişləndirilməsi vurğulandı.


  • Yazılıb
  • da (də) 2013 Dec 04