əliyev rejiminə qarşı çıxış edən, gələcəkdə daha bir hacı Tale olan gənci İlham Əliyev hakimiyəti elə indidən hər hansı bir adla aradan götürüb
Arannews-Vaqif Abdullayevi də həbsdə öldürdülər, nə dəyişdi ?
Bu günlərdə dostlarımızdan birində belə bir ehtimal vardı ki, gənc dindar fəal Asim Məmmədovun özünü intihar etməsi şübhəli olduğundan bunun arxasında ayrı ayrı qüvvələrin ola bilər .
Oxucularımız yəqin bilir ki, Asim Məmmədov həm də əliyev rejiminə qarşı çıxış etdiyi məlumdur. Dostumuz haqlı olaraq bildirir ki, Azərbaycan kimi totalitar rejimlərin höküm sürdüyü ölkələrdə özbaşınalıq edən cinayətkar qruplar ola bilər ki, onlar istədiklərini edam edər, istədiklərini həbsə atar .
Azərbaycanda da belə qruplar var və aydın məsələdir ki, əliyev rejiminə qarşı çıxış edən, gələcəkdə daha bir hacı Tale olan gənci İlham Əliyev hakimiyəti elə indidən hər hansı bir adla aradan götürüb .
Cəmiyyətdə də Asimin ölümünün səbəbini intihar yox qətl olduğuna hamı yaxşı bilir, yəni açıq aydın tutaq ki, hamı bildi ki, ölümün adı intihar olsa da Asimi əliyev rejimi qətlə yetirib, burda nə dəyişəcək? Yadınızdadırsa Vaqif Abdullayevi də həbsdə öldürdülər, nə dəyişdi? Kim buna bir etiraz etdi ?