Tarix : 2013 Dec 07
Kod 41142

Azərbaycan Respublikasında etiraz aksiyası

İşıq İdarəsinin qarşısında etiraz aksiyası keçirilib

Arannews-Dünən İmişli şəhərində rayonun İşıq İdarəsinin qarşısında etiraz aksiyası keçirilib .

rayonun Sarxanlı kənd sakinləri 70-dən çox evin işıq puluna görə, cərimə edilməsindən hiddətlənərək İmişli şəhər mərkəzinə axışıblar. Sakinlər cərimələrin ləğv edilməsini və İşıq İdarəsinin Mübariz adlı əməkdaşının cəzalandırılmasını tələb ediblər. İşıq İdarəsinin əməkdaşları sakinlərin heç bir tələblərinə məhəl qoymadıqlarından,sakinlər bu gün yenidən aksiya keçirəcəklərini bildiriblər .

  • Yazılıb
  • da (də) 2013 Dec 07