Arannews-Masallı dindarlarının Şirvan Apellyasiya Məhkəməsində Dünən keçiriləcək prosesi təxirə düşüb. Vəkil Fariz Namazlı deyib ki, hakimlərdən biri xəstələndiyinə görə proses yanvarın 9-na təyin edilib: “Məhkəmə çıxışlar mərhələsində qalıb. Hər kəs dindirilib, hal şahidi ifadə verib, vəkillər, prokuror çıxış edib. Bir vəkil və təqsirləndirilən şəxsin dindirilməsindən sonra tutulanlar son söz deyəcək, məhkəmə yekunlaşacaq ”.
Dindarlar ötən il sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulublar .
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı hökmlə jurnalist Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib .
Şirvan Apellyasiya Məhkəməsi birinci instansiyanın verdiyi qərardan şikayətə Araz Quliyev, Ziya Tahirov, Xalid Kazımov, Rza Ağalı, Surac Ağayevin müraciəti əsasında baxır.