Tarix : 2013 Dec 08
Kod 41152

Səhv anlayış yaxud qalmaqal!-Azərbaycanın bəzi medialarının "AranNews"in xəbərindən sui-istifadəsi

İranın Sərhəd Qoşunlarının Komandirinin sözlərinin yenidən mediaya çıxarılması Azərbaycan mediasının iki önəmli səhvini xatırlatmaq olub

İranın Sərhəd Qoşunlarının Komandirinin sözlərinin yenidən mediaya çıxarılması Azərbaycan mediasının iki önəmli səhvini xatırlatmaq olub.

AranNews - 2013-cü il dekabrın 1-də Azərbaycan Respublikası ərazisində bu ölkənin sərhəd qüvvələri və sərhəd pozucuları arasında silahlı insident baş verib. Təəssüflər olsun ki, bu hadisədə bir Azərbaycan sərhədçisi həlak olmuş və iki sərhədçi yaralanmışdı. Bu hadisə ötən günlər ərzində anti-İran siyasətini davam etdirmək üçün azəri mediasının qidasına çevrildi.

Azəri KİV-i bu arada media qaydalarının ibtidai əsaslarına riayət etməməkdən çəkinmədi və bu xəbəri istədikləri formada izah etdilər. O cümlədən bəzi mətbuat AranNewsin "AzəriSahar"a istinad edərək yaydığı "Azərbaycan Respublikası anlaşmaya əməl etmədi"başlıqlı xəbərinə əsaslanaraq onu İranın Azərbaycandakı səfirliyinin Azərbaycan sərhədində baş vermiş silahlı

insidentlə bağlı açıqlaması ilə təzad kimi yordular.

 Halbuki, bu iki mövzu arasında heç bir təzad və uyğunsuzluq yoxdur və "AzəriSahar"in "AranNews"də getmiş xəbəri İran İslam Respublikasının Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqarinin qeyd edilən hadisədən çox-çox qabaq Azərbaycan Respublikasından səfərdən qayıtdıqda Azərbaycan iki ölkə mediasının sərhəd xəbərlərini medialaşdırmamaları barədə anlaşma haqda verdiyi açıqlaması idi.

İndi Azərbaycanın "Gundemxeber" kimi mediaları Azərbaycanın sərhədçiləri ilə sərhəd pozucuları arasındakı insidentdən sonra İran Sərhəd Qoşunları Komandirinin çıxışının yenidən gündəmə gəlməsi barədə sual etsələr, bunun cavabı tamamilə aydındır.

 Bu çıxış ikinci dəfə ona

görə yayıldı ki, azəri mediaları bir zamanda iki səhvə düçar oldular: birinci səhvləri bu idi ki, öz ölkələrinin sərhədçiləri ilə sərhəd pozucuları arasındakı insidenti İran və Azərbaycan arasında silahlı insident kimi qələmə verdilər və İran sərhədçilərini atmadıqları

addımda ittihamlandırdılar.

İkinci səhvləri bu idi ki, sərhəd məsələlərini KİV-ə çıxarmamaq barədə öz rəsmiləri ilə iranlı rəsmilər arasındakı anlaşmadan xəbərləri yox idi və çox böyük iddialar və şişirtmələrlə iki ölkə arasında (başverməyən) insidentdən yazdılar. İran Sərhəd Qoşunları Komandirinin

çıxışının yenidən yayılması Azərbaycan Respublikasının medialarına bu səhvlərini xatırlatmaq üçün idi.

Ona görə də gözlənti budur ki, Azərbaycanın DSX-nin mətbuatı və İranın Azərbaycandakı səfirliyi, habelə, yuxarıdakı izahdan sonra öz səhvini anlayan gundem xeber və dia.az kimi azəri mediaları özlərinin qeyri-peşəkar olmalarına etiraf etsinlər .

 


  • Yazılıb
  • da (də) 2013 Dec 08