Aksiyanı önləmək üçün, mülki geyimli polislər beş-beş, on-on toplaşıb əraziyə ciddi şəkildə nəzarət edirdilər
Arannews-Çoxlu polis qüvvələrinin Bakıda yerləşdiyi halda Azadlıq və Fəvvarələr meydanlarına etirazçılar toplaşmış yaxud fərdi surətdə gələ biliblər .
08 Dekabr Sosial şəbəkələrdə Azadlıq meydanına saat 12:00-a, Fəvvarələr meydanına isə saat 16:00-da askiya təyin olunmuşdur .
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Səhlab Bağırov öncədən icazəsiz nümayişlərin dağıdılacağını açıqlamışdı. Bununla belə, polis səhərdən başlayaraq paytaxtın mərkəzi ərazilərini mühasirəyə almışdı, mülki geyimli polis nəfərləri isə ərazilərdə keşik çəkirdilər .
Aksiyanı önləmək üçün, mülki geyimli polislər beş-beş, on-on toplaşıb əraziyə ciddi şəkildə nəzarət edirdilər. Yaxınlıqda xeyli sayda post-patrul xidməti maşınları gözə dəyirdi .
Bundan əlavə, meydana yaxın ərazidə, ara küçələrdə, bina və tikililərin arxasında gizlənmiş xeyli sayda polis avtobusu, Çevik Polis Alayı maşınları saxlanmışdı. Ancaq Azadlıq meydanına təyin olunan aksiya gözlənildiyi kimi olmadı .
YENİLƏNİB :
Axar saytı məlumat verir ki, Təxminən 300 nəfər yaxın adam Fəvvarələr meydanında yerləşən “Makdonalds” restoranının qarşısından Natavan heykəlinə tərəf hərəkət edib .
Saat 16:10 radələrində heç bir şüar səsləndirməyən aksiyaçılar əllərində ağ vərəqlə sakit tərzdə aksiyanı başa vurublar. Polis əlində vərəqlər olan aksiyaçılara mane olmağa çalışsa da, heç bir qarşıdurma olmayıb .