Bu gün Bakıda pozğunluqla mübarizənin qəhrəmanları olan gənc dindarların məhkəməsi davam edəcək
Arannews-Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber” saytının baş redaktoru Nicat Əliyev və digər təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası Bu gün saat 10:00-a təyin edilib .
Son iclasda Camalov Qorxmaz çıxış etmişdir: “Bismillahir Rəhmanir Rəhim. Mən Azərbaycan xalqını qeyrətli, vətənpərvər, milli, mənəvi, dini dəyərlərə bağlı cəmiyyət kimi tanıyıram. Özümüdə belə bir insan kimi bildiyimdən, “Avrovizia”ərəfəsində keçiriləcək geyparada, üzdən iraqların paradına etiraz etməyi özümə borc bildim. Əlimə bunlara qarşı disk keçdikdən sonra paylanılmasını özümə ilahi vəzifə bildim.Azərbaycan xalqı 20 Yanvarda vətənin üçün canından keçib. Bu gey paradı xalqımıza yarasdıra bilməzdim və etirazımı etdim. Peşmanda deyiləm .”
Daha sonra son sözlə Hüseynov Elimxan demişdir : “Bu ədalətsiz məhkəmə nəhayət ki, sona çatır. Mən bəzi məqamlara toxunmaq istəyirəm. Respublika qəzetində “Milli təhlükəsizlik yüksək səviyyədə qorunur” adlı yazını oxumuşdum. Həmin məqalədə biz milli irqi ayrıseçkilik salanların zərərsizləşdirildiyi, hətta həbs edilənlər Norveçdəki terrorçularla bir tutulur. Mən çox fikirləşdim ki, geyparada etiraz disklərini paylayan mənlə norveçli terrorçunun hansı oxşarlığı var. O, terrorçudur bizdən isə heçkimə zərər gəlməz. Sonra baxdım ki, bu məqaləni yazan Ramiz Mehdiyevdir. Hz Əli (ə) müşriklərlə döyüşdən sonra deyir ki, mən bu fitnənin gözünü çıxartdım. Mən fəxr edirəm ki, müsəlmanam, Əli şiəsiyəm. Bunu deməklə fitnənin gözünü çıxartdım. Adım Əlimxandı. Qiyamət günü indi necəyəmsə elə gələcəm, Bəs siz olduğunuz kimi gələ biləcəksinizmi? Öz əqidənizlə gələ biləcəksinizmi? Bizə cürbəcür adlar qoydular. Dindara narkoman dedilər .”
Məhbus əlavə etmişdir : “İslam partiyasının sədri Hacı Mövsüm haqda nəyinki dindarlardan hətta kriminal aləmin insanlarındanda eşidirik ki, o insandır yoxsa mələkdir. Səccadəsində yatır. İnsanları haqqa, namaza çağırır. Onun kimi imanlı insan tanımıram. O bir nurdur, biz də o nurun zərrələriyik. Mən sizi bağışladım, bəs bu qədər insanın naləsindən necə çıxacaqsınız? Bircə Rüqəyyələrin qulaqlarına əl atılmamağı qalıb. Allah Quranda buyurur ki, Allahın hökmü ilə hökm etməyənlər kafirdilər, müşrikdilər, zalımdılar. Sifarişli həbslər olduğu kimi, sifarişli qətllərdə tarixdə olub. Azərbaycanda Vaqif Abdullayev, Asim Məmmədov olub. Tutaq ki, bunların ölümü sifarişli ölüm deyildi. Bəs Naxçıvan MTN-də Turacın öldürülməsi barədə sənədlər var. Buna nə deycəklər. Hz Əli (ə) deyir ki, axirət üçün çalışın. Dünyada olanlar dünyada qalacaq. Sizin vəzifənizdə, məqamınızda dünyada qalacaq. Mən bunları deməli idim, hədisdə deyir ki, haqdan danışmayan haqsızlıqla barışmışdır. Bu belə olmayacaq həmişə, Çünki Allahın ədaləti var .
Keçən məhkəmələrdə prokror Qurandan tolerantlıq barədə ayə oxumuşdu. Cənab prokror siz Quranı təhrif etmisiniz. Quranda belə bir ayəyə rast gəlmədim. Mən istəmirəm Aygün Kazımova bacım və ya Samir Bağırov qardaşım olsun. Mənə bu tolerantlıq lazım deyil. Mənə Mübariz İbrahimov, Hacı Abgül kimi qeyrətli, mərd qardaşlar lazımdır.”/azadxeber