Jurnalist Nicat Əliyevin və onunla birlikdə həbs olunan dindarlara qarşı çıxarılan ağır cəza hökmü Azərbaycan Respublikasında ədalətsizliyin bariz nümunəsi kimi qiymətləndirilməkdədir
Bu ədalətsizlik, haqqa qarşı zülmdür.
Jurnalist Nicat Əliyevin və onunla birlikdə həbs olunan dindarlara qarşı çıxarılan ağır cəza hökmü Azərbaycan Respublikasında ədalətsizliyin bariz nümunəsi kimi qiymətləndirilməkdədir.
İlahiyyatçı Fərhad Mirzə İslam-Azəri saytına bildirib : “Jurnalist Nicat Əliyevin və onunla birlikdə həbs olunan dindar qardaşlarımın saxta ittihamlarla hökm oxunaraq azadlıqdan məhrum olunmalarına öz qəti etirazımı bildirir və belə sifarişli həbsləri qətiyyətlə pisləyirəm. Bu ədalətsizlik, haqqa qarşı zülmdür. Bu zülmə son verin yoxsa etdiyiniz zülmlər sizin boğazınıza bir əfi ilan kimi sarılacaq! Allah ən yaxşı hökm edəndir !”