Tarix : 2013 Dec 10
Kod 41185

İran və Altılar Qrupunun ekspertlərinin Vyanada iclası işə başlayıb

Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətçilərinin iştirakı ilə İran və Altılar Qrupu arasında ekspert iclası işə başlayıb

Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətçilərinin iştirakı ilə İran və Altılar Qrupu arasında ekspert iclası işə başlayıb.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə  bu iclas Cenevrə anlaşmasının icra mexanizmləri barədə müzakirələr və araşdırmalardan ibarət olacaq.

İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq məsələlər üzrə Baş İdarəsinin müdiri Həmid Bəəidinejad bu müzakirələrdə iranlı heyətin rəyasətini üzərinə götürəcək.

İranın Xarici Diplomatiya Aparatının sözçüsü Mərziyyə Əfxəmin sözlərinə görə bu gün İranla 5+1 Qrupu heyətlərinin iclasında Beynəlxalq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müdirləri və ekspertlərinin iştirakından məqsəd nüvə anlaşmasının icrasına nəzarətdir.

Bu müzakirələrin müştərək hərəkət proqramının hazırlanması və icrası üçün keçirildiyini bildirən Əfxəm sonra deyib: MAQATE-nin Vyana iclasında nəzarətçi qismində iştirak etməsinin mühüm hədəflərindən biri anlaşma haqda dəqiq və doğru-düzgün fəhmin əldə edilməsidir .

 


  • Yazılıb
  • da (də) 2013 Dec 10