Tarix : 2013 Dec 11
Kod 41190

İnqilab Rəhbəri mədəni hücumla qarşılaşmaq üçün yaradıcılıq səylərinin vacibliyini vurğulayıblar

İslam İnqilabının Böyük Rəhbəri mədəni hücumla mübarizə aparmaq üçün yaradıcılıq səylərinin vacibliyini vurğulayıblar

İslam İnqilabının Böyük Rəhbəri mədəni hücumla mübarizə aparmaq üçün yaradıcılıq səylərinin vacibliyini vurğulayıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün çərşənbə axşamı günü Mədəniyyət İnqilabı Ali Şurasının sədri və üzvlərini qəbul ediblər. Görüşdə dünyada yüzlərlə radio, televiziya, yazılı və internetin İran xalqının düşüncəsi və rəftarına təsir qoymaq üçün müəyyən məqsədlə fəaliyyət göstərdiyinə toxunan İnqilab Rəhbəri mədəni hücumla hikmətli davranışın əsasını yaradıcılıq səyləri adlandırıblar.

Mədəni hücumla qarşılaşmaq üçün İranın Mədəniyyət və İslami İrşad Nazirliyi və Teleradio Təşkilatına tövsiyə edən Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Kitabların çap olunması, faydalı kitabların tərcümə edilməsi, film istehsalı üzrə yüksək potensiallara söykənərək maraqlı bədii filmlərin çəkilməsi, faydalı kompüter oyunlarının hazırlanması, fəallıq nümayiş etdirən oyunların artırılması və maraqlı və mənalı oyuncaq vasitələrinin istehsal olunması gündəmə salınmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri İrana daxil olmamışdan öncə mədəni hücumun yenicə zühur etmiş fenomenlərinin dəqiq araşdırılması və müəyyənləşdirilməsini vacib sayaraq mədəni hücum qarşısında passiv və sırf müdafiə mövqeyini ən pis və ən xəsarətli davranış adlandırıblar.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin universitetlər və tədqiqat mərkəzlərində elmin davamlı inkişafının zərurliyinə tam diqqətin yetirilməsini vurğulayaraq buyurublar: “Biz bacararıq” adlı reallıq İran gənclərinin ruhiyyəsində özünü əks etdirir. Belə ki, ondan İranı elmi zirvələrə çatdırmaq və İranın elmi mərkəz olması və yeni islam sivilizasiyasının dirçəlişi üçün istifadə etmək lazımdır.

 

“Universitetlər heç bir səbəbə siyasi cərəyanların meydanına çevrilməməlidir. Çünki bu iş elmin sürəti və inkişafının qarşısını alır” –deyə Böyük Rəhbər bildiriblər.

Sözlərinin davamında fars dilinə diqqətsizliyi və bu dilə olunan hücumlardan nigaranlıq edən İnqilab Rəhbəri vurğulayıblar: Mədəniyyət İnqilabı Ali Şurası dərin və gözəl fars dilinə qarşı istənilən zəiflətmək və hücumla hikmətli mübarizə aparmaqla yanaşı, bütün sahələrdə fars dilinin gücləndirilməsi və genişləndirilməsi üçün hiss olunacaq və qətiyyətli səy göstərməlidir .

 


  • Yazılıb
  • da (də) 2013 Dec 11