Tarix : 2013 Dec 11
Kod 41194

"Mazlumder" dindarlarla bağlı bəyanat yaydı

Türkiyənin İnsan Haqqları təşkilatı olan "Mazlumder" jurnalist Nicat Əliyevə və dindarlara məhkəmə tərəfindən verilən hökmə etiraz bəyanatı yayıb

Türkiyənin İnsan Haqqları təşkilatı olan "Mazlumder" jurnalist Nicat Əliyevə və dindarlara məhkəmə tərəfindən verilən hökmə etiraz bəyanatı yayıb.

İslamazeri.az-ın verdiyi xəbərə görə, "Mazlumder"in baş katibinin müavini Üstün Bol tərəfindən yayılan bəyanatda deyilir:  “Azərbaycan hakimiyyətinin ölkədəki müxaliflərə qarşı təzyiqi sürətli formada davam edir. Uzun müddətdir ictimaiyyətdə islami kimliklərilə tanınan qurumlara və şəxslərə qarşı ev və iş yeri basqınları ilə əvvəlcə saxlanılan daha sonra isə absurd ittihamlarla ağır həbs cəzalarına məruz qalan şəxslərin sayında sürətlə artım var. Azərbaycan hakimiyyəti keçən il ərzində aralarında jurnalist Nicat Əliyevində olduğu inanclı insanlar həbs etmiş, bu şəxslərin ev və işyerlərinə edilən basqınlarda “narkotik” ələ keçirildiyini bildirmiş və şəxslər “narkotikdən istifadə etmə və satma” ittihamı ilə məhkəmə qarşısına çıxarılmışdır. Həbs səbəbi olaraq əvvəlcə “narkotik” maddədən istifadə göstərilsədə məhkəmə qalmaqallı bir qərara imza ataraq “dövlət çevrilişinə cəhd məqsədilə qanunsuz cinayət dəstəsi qurmaq və narkotik” ittihamı ilə 10 nəfərə 67 il 6 ay həbs cəzası vermişdir.

Məhkəmə qeydlərində: üzərlərində narkotik maddədən başqa bir şey çıxmadığı iddia edilən bu şəxslərin dövlət çevrilişinə cəhd etmək ittihamı ilə cəzalandırılması Azərbaycan hüquq sisteminin “dost və qardaş ölkə” Türkiyənin 28 fevral (28 şubat hadisələri) hadisələrindən nə qədər təsirləndiyini göstərir.

Azərbaycanda "Mazlumder" tərəfindən izlənilən buna oxşar onlarca məhkəmə prosesinin olduğu nəzərə alındıqda bu proseslərin aqibəti barədə narahatçılığımız daha da artır. Azərbaycan hakimiyyətini bir müddətdir davam edən islamamafob addımlarına  uyğun olaraq əvvəlcədən təspit etdiyi insanlara böhtan atmaq ənənəsindən imtina etməyə, bütün dünyada olduğu kimi “dost və qardaş ölkə Türkiyə”də ömrünü tamamlamış və kənara atılmış qaba sekulyar rejim üsullarını tərk etməyə və xalqı ilə barışıq hüquq dövlətini təsis etməyə dəvət edirik.

Hər hansı hüquqi sübut olmadan cəzalandırılan Nicat Əliyevin və digər inanclıların cəzalarının ləğv olunmasını, ölkədə olan bütün siyasi məhbusların və vicdan məhbuslarının tez bir zamanda azadlığa buraxılmasını istəyirik. Beynəlxalq ictimaiyyətdə “Ərəb baharı” olaraq adlandırılan xalq hərəkatlarının totalitar rejimlər üçün hansı nəticələrə səbəb olduğunu bilərək: “dost və qardaş” Azərbaycan hakimiyyətini, sonradan düzəldilməsi çətin olan səhvlər etmədən insan haqqları və azadlıqlarını təmin edən, hüquq dövləti dəyərlərinə riayət edən yeni bir sistem ilə keçmiş xətalarıyla hesablaşmağa dəvət edirik."

 


  • Yazılıb
  • da (də) 2013 Dec 11