Tarix : 2013 Dec 11
Kod 41198

Bakıda İrana qarşı şayiələrin yayılmasından təəssüf ifadə olunub

Iran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin Sərhəd Qoşunları komandanının əvəzedicisi Azərbaycan Respublikası hökuməti və bu respublikanın medialarının şayiə yaymalarından təəssüf ifadə edib.

Iran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin Sərhəd Qoşunları komandanının əvəzedicisi Azərbaycan Respublikası hökuməti və bu respublikanın medialarının şayiə yaymalarından təəssüf ifadə edib.

Sərkərdə Əhməd Geravənd Müxbirlər Klubunun müxbiri ilə müsahibədə deyib: Son zamanlar Azərbaycan Respublikasında elan ediblər ki, bu respublikanın sərhədçiləri İran sərhədində naməlum şəxslər tərəfindən hücuma məruz qalıblar və onların sərhədçilərindən biri atəş nəticəsində öldürülübdür, lakin biz araşdırmadan sonra bildik ki, Azərbaycan Respublikası sərhədçisi öz ölkəsinin iyirmi beş kilometr içərisində öldürülüb və bu məsələnin İranla heç bir əlaqəsi yoxdur.

Sərkərdə Geravənd sonra deyib: Həmçinin bu şayiəyaymadan sonra bu barədə Azərbaycan Respublikası heç bir söhbət etmədi və hətta öz iddiasını sübut etmək üçün görüş keçirmədi.

Qeyd edək ki, Bakı medialarının İranla sərhəddə guya toqquşmanın baş verməsi barədə İran əleyhinə şayiə yaymalarının ardınca Azərbaycan Respublikasının hərbi ekspertlərindən olan Üzeyir Cəfərov bildirdi ki, müstəqil araşdırmalar nəticəsində məlum olubdur ki, Azərbaycan Respublikasının sərhəd qüvvələri bir-biriləri ilə toqquşublar və bu, insan tələfatına da səbəb olubdur.


  • Yazılıb
  • da (də) 2013 Dec 11