Tarix : 2013 Dec 11
Kod 41200

Rəsmi Bakı aclıq aksiyası keçirən iranlı ilə konsulluğun əlaqə yaratmasına qeyri-qanuni imkan vermir

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmiləri hələ də Azərbaycan Respublikasında günahsız həbs olunan və aclıq aksiyası keçirən İran vətəndaşı Bəhram Feyzi ilə görüşə bilməyiblər

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmiləri hələ də Azərbaycan Respublikasında günahsız həbs olunan və aclıq aksiyası keçirən İran vətəndaşı Bəhram Feyzi ilə görüşə bilməyiblər.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin APA İnformasiya Agentliyi ilə müsahibədə bildirib ki, səfirlik Azərbaycan Respublikası tərəfindən onunla görüşmək üçün icazənin verilməsini gözləyir.

Pakayinin sözlərinə görə, səfirlik bu məsələni diqqətlə izləyir. Biz aidiyyəti qurumların rəsmiləri ilə müzakirələr aparmışıq və Bəhram Feyzi ona qarşı irəli sürülən ittihamı rədd edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəfələrlə notaların verilməsinə baxmayaraq, rəsmi Bakı beynəlxalq qanun-qaydaları pozmaqla hələ də aclıq aksiyası elan etmiş İran vətəndaşı ilə konsulluq əlaqəsinin yaradılmasına şərait yaratmayıb.

Bundan öncə parlamentin deputatı və insan haqları müdafiəçisi Çingiz Qənizadə iddia etmişdi ki, İran səfiri və səfirliyinin məsul şəxslərinin Bəhram Feyzi ilə görüşü üçün heç bir problem yoxdur. O hətta təklif etmişdi ki, səfirlə birlikdə Bəhram Feyzli ilə görüşsün.

İranın Azərbaycan Respublikasındakı səfiri Bəhram Feyzi ilə birlikdə görüşmək üçün Çingiz Qənizadənin təklifini qəbul etdi. Lakin bir həftənin keçməsinə baxmayaraq Azərbaycan Respublikası parlamentinin deputatı öz vədinə əməl edə bilməyib.

Bundan öncə İranın Bakıdakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Möhsün Mövlayi Bəhram Feyzinin şikayətinin araşdırılması ilə bağlı Apelyasiya məhkəməsinin iclasına toxunaraq deyib ki, beynəlxalq hüquqa əsasən qərar çıxarılmamışdan öncə bu müttəhim şəxslə görüş imkanı səfirliyin nümayəndəsi üçün yaradılmalıdır. Lakin Azərbaycan Xarici İşlər Nazirliyinə dəfələrlə notanın göndərilməsinə baxmayaraq, hələ də bu baş verməyib.

Bəhram Feyzidən aldığı məktubun detallarına toxunan Mövlayi deyib: O bildirib ki, məhkəməni siyasi xarakterli qərarına etiraz olaraq aclıq aksiyası elan edib və yaxşı şəraitdə deyildir və səfirliyin həkimi tərəfindən müayinə olunmalıdır.

Sionist rejimin Bakıdakı səfirliyinə hücum üçün cəhd göstərməklə bağlı əsassız ittihamla həbs olunan İranın günahsız vətəndaşı Bəhram Feyzi ədalətsiz qərar və edilən işgəncələrə etiraz olaraq aclıq aksiyasına əl atıb.

Ötən ay da Həsən Fərəci adlı İran vətəndaşı sionist rejimin səfirliyinin qarşısından keçmək və şübhəli rəftar bəhanəsi ilə saxlanılmış, işgəncə olunmuş və bir ay həbs olunmuşdu. Fərəci azad olunduqdan sonra ifşa etdi ki, ümumiyyətlə sionist rejimin səfirliyi qarşısından keçməyib və rəsmi Bakının iddiası ağ yalandır.

Azərbaycan Respublikası İranofobiya yaratmaq istiqamətində sionist rejimə verdiyi öhdəliklərə əsasən, hərdən bir günahsız İran vətəndaşları və ya öz vətəndaşlarını əsassız ittihamlarla həbs edir və işgəncə ilə onlardan sionist rejimin xeyrinə etiraf almağa çalışır.

 

 

 


  • Yazılıb
  • da (də) 2013 Dec 11