Arannews-Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub.yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdirilib.
Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin verdiyi məlumata görə, həmi şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib. Qeyd edək ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
22-53. Birlik.az saytı xəbər veriir ki, şahidlərdən biri qeyd edir ki, hadisə Suriyaya döyüşə gedənlərlə getməyənlər arasında baş verib. Xəbərin nə dərəcədə düz olmasını araşdırııq. Şahidlər xəbər verir ki, meyitlər və yaralılar aradan çıxarılıb. Bir neçə vəhabinin polislər tərəfindən tutulması qeyd olunur. Hazırda ərazi mühasirəyə alınıb **Hadisə 10-cu mkr., 28 saylı binanın qarşısındakı meyvə-tərəvəz dükanının qarşısında baş verib.
**22-16 Əməkdaşımız bildirir ki travmatoloji xəstəxanaya yaralılardan gətirilib. Amma bir və ya neçə nəfər olduğunu dəqiqləşdirmək olmayıb. Belə bir xəbər də yayılıb ki, hadisə dini zəmində yox, polislə vəhhabilər arasında baş verib. 4 nəfər həbs olunub. Xeyli sayda yaralananların olması qeyd edilir.
***22-00 son məlumata görə qarşı tərəfin şiə olmadığı bildirilir. Əməkdaşımızın bildirdiyinə görə, atışma və bıçaqlanma var. Əməkdaşımızın verdiyi məlumata görə, həyətdə olan yük maşınlarından birində güllə izləri var. Və yerdə qan izləri də var.Hazırda ərazidə xeyli sayda polis əməkdaşları olduğu bildirilir. Atışma nəticəsində bir neçə maşına ciddi xəsarət dəyib. Ərazidə yaşayan sakinlər evdən çölə buraxılmır.
**21-50..Birlik.az saytına bu dəqiqələrdə zəng edib bildirdilər ki, Sumqayıt şəhər 10-cu mikrorayonda vəhhabilərlə şiələr arasında problem yaşanmış və vəhhabilər tərəfindən əl qumbarası atılmışdır. Hazırda məlumat dəqiqləşdirilir. Şahidlərin sözlərinə görə atışma səsləri “Soltan” marketin kafesində baş verib./islamazeri.az