Tarix : 2013 Dec 12
Kod 41208

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Culfa körpüsünün istifadəyə verilməsinə çağırıb

İran səfiri deyib: İran ilə Naxçıvan muxtar respublikası arasında Culfa sərhəd keçidində yenicə inşa edilmiş körpü istifadəyə hazırdır və iki ölkə bu körpüdən istifadə üçün anlaşma sənədi imzalamalıdır

Arannews-İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakain Culfa sərhəd keçid məntəqəsinin yeni inşa edilmiş körpüsünün istifadəyə verilməsi üçün iki ölkə arasında anlaşma sənədinin imzalanmasına çağırıb.

İran səfiri deyib: İran ilə Naxçıvan muxtar respublikası arasında Culfa sərhəd keçidində yenicə inşa edilmiş körpü istifadəyə hazırdır və iki ölkə bu körpüdən istifadə üçün anlaşma sənədi imzalamalıdır. Hal-hazırda bu barədə danışıqlar gedir və müştərək sərhəd komissiyasının iclasının keçirilməsi üçün lazımı tədbirlər həyata keçməkdədir. Bu barədə anlaşma sənədi imzalandıqdan sonra hər hansı tonajda olan yük maşınları yeni körpü vasitəsi ilə gediş-gəliş edə biləcəkdir.

İranın Bakıdakı səfiri deyib: körpünün inşa əməliyyatı 2011-ci ildə yekunlaşdı və körpünün istifadəyə verilməsi üçün biz Azərbaycan tərəfi ilə dəfələrlə müzakirələr aparmışıq.

Möhsün Pakain deyib: 30 tondan artıq çəkisi olan yük maşınlarının Culfa gömrüyündən keçməsinə qoyulan qadağa həmin gömrük məntəqəsindəki köhnə körpü ilə əlaqədardır. Biz həmin körpünü mühafizə üçün və Naxçıvan əhalisinin mənafeyini nəzərə alaraq, həmin körpüdən 30 tondan əlavə ağırlığı olan yük maşınlarının gediş-gəlişinə məhdudiyyət tətbiq etmişik. Əgər ağır tonajlı yük maşınlarına həmin körpüdən keçmək icazəsi versək körpü ziyan görəcəkdir.


  • Yazılıb
  • da (də) 2013 Dec 12