Tarix : 2013 Dec 12
Kod 41213

Azərbaycan Ordusunun hərbçisi minaya düşərək ağır yaralanıb

hadisə cəbhə bölgəsində qeydə alınıb

Arannews- Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.

Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Cəfərov Nizaməddin Niyazi oğlu minaya düşərək ağır yaralanıb. Yaralı hərbçi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, N. Cəfərov Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


  • Yazılıb
  • da (də) 2013 Dec 12