Tarix : 2013 Dec 12
Kod 41216

İslam İnsan Haqları Komissiyasının Azərbaycan Respublikasına etiraz məktubu-Təqsirsiz İran vətəndaşı Bakı həbsxanasında aclıq aksiyası edir

İslam İnsan Haqları Komissiyasının Beynəlxalq İşlər üzrə nümayəndəliyi Azərbaycan Respublikasının rəsmilərinə məktub ünvanlayaraq bu ölkədə saxlanılmış İran vətəndaşı Bəhram Feyzinin durumu barədə etirazını bildirib

İslam İnsan Haqları Komissiyasının Beynəlxalq İşlər üzrə nümayəndəliyi Azərbaycan Respublikasının rəsmilərinə məktub ünvanlayaraq bu ölkədə saxlanılmış İran vətəndaşı Bəhram Feyzinin durumu barədə etirazını bildirib.

AranNews - İslam İnsan Haqları Komissiyasının 7-ci məntəqə üzrə ofisinin ictimai əlaqələr bölməsindən verilən xəbərə əsasən, bu komissiyanın Beynəlxalq İşlər üzrə nümayəndəliyi Azərbaycan Respublikasının rəsmilərinə məktub ünvanlayaraq bu ölkədə saxlanılmış İran vətəndaşı Bəhram Feyzinin durumu barədə etirazını bildirib.

Xəbərdə bildirilir ki, sionist rejimin Bakıdakı səfirliyinə hücum üçün cəhd göstərməklə bağlı əsassız ittihamla həbs olunan İranın günahsız vətəndaşı Bəhram Feyzi ədalətsiz qərar və edilən işgəncələrə etiraz olaraq aclıq aksiyasına əl atıb.Xəbərdə həmçinin, Azərbaycan tərəfindən İranın səfirlik nümayəndələrinin Bəhram Feyzi ilə görüşməsinə maneçilik yaradılması aclıq aksiyasının digər bir səbəbi kimi qeyd edilir.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, səfirlik Azərbaycan Respublikası tərəfindən onunla görüşmək üçün icazənin verilməsini gözləyir. Pakayinin sözlərinə görə, səfirlik bu məsələni diqqətlə izləyir. Biz aidiyyəti qurumların rəsmiləri ilə müzakirələr aparmışıq və Bəhram Feyzi ona qarşı irəli sürülən ittihamı rədd edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəfələrlə notaların verilməsinə baxmayaraq, rəsmi Bakı beynəlxalq qanun-qaydaları pozmaqla hələ də aclıq aksiyası elan etmiş İran vətəndaşı ilə konsulluq əlaqəsinin yaradılmasına şərait yaratmayıb.

Bundan öncə parlamentin deputatı və insan haqları müdafiəçisi Çingiz Qənizadə iddia etmişdi ki, İran səfiri və səfirliyinin məsul şəxslərinin Bəhram Feyzi ilə görüşü üçün heç bir problem yoxdur. O hətta təklif etmişdi ki, səfirlə birlikdə Bəhram Feyzli ilə görüşsün.

İranın Azərbaycan Respublikasındakı səfiri Bəhram Feyzi ilə birlikdə görüşmək üçün Çingiz Qənizadənin təklifini qəbul etdi. Lakin bir həftənin keçməsinə baxmayaraq Azərbaycan Respublikası parlamentinin deputatı öz vədinə əməl edə bilməyib.

Bundan öncə İranın Bakıdakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Möhsün Mövlayi Bəhram Feyzinin şikayətinin araşdırılması ilə bağlı Apelyasiya məhkəməsinin iclasına toxunaraq deyib ki, beynəlxalq hüquqa əsasən qərar çıxarılmamışdan öncə bu müttəhim şəxslə görüş imkanı səfirliyin nümayəndəsi üçün yaradılmalıdır. Lakin Azərbaycan Xarici İşlər Nazirliyinə dəfələrlə notanın göndərilməsinə baxmayaraq, hələ də bu baş verməyib.

Bəhram Feyzidən aldığı məktubun detallarına toxunan Mövlayi deyib: O bildirib ki, məhkəməni siyasi xarakterli qərarına etiraz olaraq aclıq aksiyası elan edib və yaxşı şəraitdə deyildir və səfirliyin həkimi tərəfindən müayinə olunmalıdır.

Ötən ay da Həsən Fərəci adlı İran vətəndaşı sionist rejimin səfirliyinin qarşısından keçmək və şübhəli rəftar bəhanəsi ilə saxlanılmış, işgəncə olunmuş və bir ay həbs olunmuşdu. Fərəci azad olunduqdan sonra ifşa etdi ki, ümumiyyətlə sionist rejimin səfirliyi qarşısından keçməyib və rəsmi Bakının iddiası ağ yalandır.

  • Yazılıb
  • da (də) 2013 Dec 12