Konfransının araşdırılması haqda "Qarabağ və İslam Dünyası" elmi toplantı keçirildi
Konfransının araşdırılması haqda "Qarabağ və İslam Dünyası" elmi toplantı keçirildi
Akif Nağı: Beynəlxalq Qarabağ Konfransının altı aylıq fəaliyyəti Minsk qrupunun iyirmi illik fəaliyyətindən daha çox təsirli olmuşdur.
AranNews - "AranNews"in məlumatına əsasən, "Qarabağ və İslam Dünyası" elmi silsilə toplantısı Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar İnstitutu, Təbriz Universitetinin İran Tarixi və Mədəniyyəti Mərkəzi, Azərbaycanın Qarabağa aid bəzi təşkilatları, habelə İran və Azərbaycanın bir sıra mədəniyyət mərkəzlərinin təşəbbüsü ilə 11 dekabrda Beynəlxalq Qarabağ Konfransının elm və KİV nümayəndələrinin iştirakı ilə keçirildi.
Beynəlxalq Qarabağ Konfransının sədri: Beynəlxalq Qarabağ Konfransı Azərbaycan Respublikasının xalqı ilə bizim qardaş olmağımızı bir daha sübuta yetirdi

Qarabağ Azadlıq Təşkilatının sədri və Beynəlxalq Qarabağ Konfransının elmi heyətinin üzvü doktor Akif Nağı, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Təbrizin bir sıra universitet müəllimləri və media aktivlərinin iştirak etdiyi bu toplantıda Beynəlxalq Qarabağ Konfransının sədri doktor Məhəmməd Əli Mütəfəkkirazad çıxışında dedi: "İran və Azərbaycan Respublikasının xalqları iki dövlətdə bir millətdirlər. Ona görə də biz Qarabağ köçkünlərinin əzab-əziyyətlərini öz əzab-əziyyətimiz bilir, onların çətin şəraitini dərk edirik".
Təbriz Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Təbriz Universitetinin və İranın digər universitet və mədəniyyət mərkəzlərinin Beynəlxalq Qarabağ Konfransının keçirilməsinə əhəmiyyət verməsinə işarə edərək dedi: "Bu qeyri-dövlət konfransı bir imtahan idi və bizim xalqımız bu vasitə ilə Azərbaycan xalqı ilə qardaş olmasını bir daha sübuta yetirdi".
O, artırdı: "Azadlığı yalandan iddia edənlər Qarabağ məsələsini həll etmək fikrində deyillər. İslam ölkələrində təşkil edilən belə konfranslar məsələnin həlli üçün yol açır".
Beynəlxalq Qarabağ Konfransının elmi komitəsinin katibi: İran və Azərbaycan xalqları arasında islami vəhdətin möhkəmlənməsinə çalışırıq

Beynəlxalq Qarabağ Konfransının elmi komitəsinin sədri doktor Məhəmməd Əli Pərğu toplantının davamında çıxış edərək Beynəlxalq Qarabağ Konfransının keçirilməsi barədə həssaslığın yaranmasını onun məntəqə səviyyəsində əhəmiyyətli olduğunu göstərməsi adlandıraraq dedi: "Ölkə daxilindən və xaricdən konfransın katibliyinin ünvanına 150 məqalə daxil oldu. Məqalələr 36 nəfər universitet müəllimi tərəfindən 600 saat müddətində araşdırıldı və onlara münsiflik edildi."
Doktor Pərğu konfransın bütün işlərinin sona yetdiyini, o cümlədən lazım olan bütün kitab və məqalələrin çap edildiyini də vurğulayaraq dedi: "Beynəlxalq Qarabağ Konfransının təşəbbüskarları İran və Azərbaycan xalqları arasında islami vəhdətin möhkəmlənməsinə çalışır. Biz təfriqə yaratmaq istəyən hər bir əli, şeytanın əli hesab edir və islami vəhdəti Qarabağ məsələsinin çarə yolu bilirik".
Qarabağ Azadlıq Təşkilatının sədri: Beynəlxalq Qarabağ Konfransının altı aylıq fəaliyyəti Minsk qrupunun iyirmi illik fəaliyyətindən daha çox təsirli olmuşdur

"Qarabağ və İslam Dünyası" elmi toplantısının davamında QAT-ın sədri Akif Nağı Qarabağ Beynəlxalq Konfransının təşkilatçılarına təşəkkürünü bildirərək dedi: "Təbriz birincilər şəhəridir. Bu konfrans da son illər ərzində Qarabağla bağlı atılan ilk elmi əsaslı addımdır. Konfrans indiyə kimi çoxlu nəticələr vermişdir və işğalçıların bərk narazılığına səbəb olmuşdur".
Doktor Akif Nağı bu konfransla bağlı Bakıda beş elmi müqəddimə yığıncaqlarının keçirilməsinə işarə edərək dedi: "Beynəlxalq Qarabağ Konfransının altı aylıq fəaliyyəti Minsk qrupunun iyirmi illik fəaliyyətindən daha çox təsirli olmuşdur. Minks qrupu bir vasitəçi kimi Qarabağ məsələsinin həlli istiqamətində heç bir əsaslı hərəkət etməmişdir və faktiki olaraq Ermənistan tərəfinin maraqlarını izləyir".
Qarabağ Azadlıq Təşkilatının sədri erməni və avropalı rəsmilərin Qarabağa davamlı və təkrar səfərlərinə toxunaraq dedi: "Onların bu cür hərəkətləri Azərbaycanın suverenliyini pozmaq hesab edilir və biz bu durumda Qarabağın azadlığı üçün bütün mümkün yollardan istifadə etməyi özümüzə bir vəzifə bilirik. İslam dünyasının potensiallarından istifadə etmək üçün İslam ölkələrinə səfər etmək və Qarabağın durumunu müsəlman xalqlarına açıqlamaq da bu proqram çərçivəsindədir".
Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri: Biz sülh səfirləri olaraq Azərbaycan xalqının arzularını izləyirik

Toplantıda Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli çıxış edərək Beynəlxalq Qarabağ Konfransının təşkilatçılarına təşəkkürünü bildirməklə yanaşı Qarabağın azad olunası üçün İslam ölkələrinin, əsasən də İran İslam Respublikasının dəyrli potensiallarından istifadə etməyin lüzumuna təkid etdi. O, əlavə etdi: "Beynəlxalq Qarabağ Konfransının keçirilməsi təxirə düşdükdən sonra biz, Azərbaycan xarici işlər nazirinə və Prezident Administrasiyasının rəhbərinə məktub yazaraq onların bu konransla müxalifətlərinin səbəbini bildirmələrini tələb etdik. Lakin, indiyə kimi heç bir cavab verilməyib".
Rövşən Əhmədli artırdı: "Biz müxtəlif ölkələrin hərəkət və əməllərini izləməklə öz dost və düşmənimizi tanıyırıq. Bəzi ölkələrin Qarabağ məsələsinə bir vasitə kimi istifadə etmək istədiyi, bəzi ölkələrin, o cümlədən ABŞ-ın bəzi əyalətlərinin Qarabağın müstəqilliyinin tanınmasına yaşıl işıq yandırdığı bir halda İran İslam Respublikasında bizim qardaşlarımız Azərbaycan müsəlmanlarını dəstəkləmək istiqamətində ən böyük beynəlxalq konfrans keçirmək istəyirlər. Əlbəttə, bu biz və bizim xalqımız üçün çox qiymətli və dəyərlidir".
Qarabağın azad olunmasını müsəlmanların itirdikləri bütün torpaqların azad olunması üçün bir müqəddimə olduğunu bildirən R. Əhmədli vurğuladı: "Biz büün səfər və görüşlərimizdə demişik ki, Qarabağın azad olunması yolunu Təbrizdən və İslami İrandan başlamışıq".
O, Qarabağ məsələsini İslam dünyasının izzət və şərəfi adlandıraraq dedi: "Diplomatik və siyasi çarə yolları ilə yanaşı biz, sülh səfirləri olaraq Azərbaycan xalqının arzularını izləyirik".
Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri çıxışının davamında Qarabağın azad olunması üçün İran-Azərbaycan xalqlarının əməkdaşlıq etmələri istiqamətində Təbriz və Azərbaycan universitetlərinin müəllimləri arasında ortaq elmi konfransların təşkilini, iki ölkə jurnalistləri və KİV aktivlərinin iştirak və müzakirələrini, hər iki ölkənin qeyri-dövlət təşkilatlarının münasibətlərini təklif kimi irəli sürərək artırdı: "Ümid edirəm ki, gələcəkdə əsas və daha böyük konfransı Şuşada keçirək".
Mehdi Nalbəndi: Nə üçün bıçaq öz dəstəyini kəsdi?

Toplantının davamında Təbriz Universitetinin bir sıra müəllimləri və Qafqaz məsələləri üzrə ekspertlər çıxış edərək iki ölkə xalqları arasında münasibətlərin artırılmasına, elmi-mədəni münasibətlərin möhkəmləndirilməsinin lüzumuna təkid etdilər.
Qafqaz məsələləri üzrə ekspert Mehdi Nalbəndi çıxışında dedi: "Mən, konfransın çağırış açılışında dediyim kimi yenə də xatırladıram ki, Qarabağ, Qafqazın Fələstinidir və Beynəlxalq Qarabağ Konfransı kimi konfransların keçirilməsi bu ərazilərin azad olunması üçün zəruridir. Amma təəccüb edirəm ki, nə üçün bıçaq öz dəstəyini kəsdi və nə üçün Azərbaycan XİN-i Azərbaycanın milli və ərazi bütövlüyünün maraqlarını izləyən bir konfransa qarşı çıxdı?"
Elmi komitə üzvlərinin və media əməkdaşlarının zəhmətlərinin dəyərləndirilməsi-İki kitabın açılışı

Xatırladaq ki, elmi toplantıda Beynəlxalq Qarabağ Konfransının elmi komitənin üzvlərinin və media əməkdaşlarının zəhmətləri dəyərləndirildi və Təbriz Universitetinin nəşriyyatı tərəfindən çap edilən konfransın elmi komitəsinə daxil olmuş məqalələrin abstraktlarının toplusu kitabı və Azərbaycanda çap edilmiş Qarabağ müzakirələri kitabının (azəri latınca) açılışı oldu. Kitablar iştirakçılara təqdim edildi.
Azərbaycanın Qarabağ fəallarının digər proqramları
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli Təbrizə səfərlərində "Qarabağ və İslam Dünyası" elmi toplantıda iştirak etməkdən əlavə, digər proqramlarda da iştirak etmişlər. O cümlədən, Beynəlxalq Qarabağ Konfransının son durumunu araşdırmaq məqsədilə konfransın idarə heyəti və Təbriz Universitetinin müəllimləri ilə birgə iclas, Şimal-qərb Milli Kitabxanası və Sənədlər Mərkəzinin ziyarəti, Təbriz İnformasiya Mərkəzinin Ofisinə baxış və mərkəzin redaksiya heyəti ilə görüş və fikir mübadiləsi, İslam İnqilabı Mədəni Tədqiqatlar Ofisinin ziyarəti, Təbrizin müxtəlif Universitetlərində çıxışlar, Təbriz Radiosunun Xarici Yayım Studiyasında iştirak və bu radio vasitəsilə Azərbaycan xalqı ilə danışmaq kimi görüşləri olmuşdur.
Qeyd edək ki, Beynəlxalq Qarabağ Konfransı 6 noyabrda Təbriz Universitetində keçirilməli idi, lakin konfransın idarə heyəti Azərbaycan XİN-in gözlənilməz müxalifətinə etiraz olaraq onun keçirilməsini təxirə saldı.