Arannews-Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın dekabrın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətə cavab verib.
Cavabda mitinqin 15 dekabr saat 14:00-dan 16:00-a qədər Yasamal rayonundakı Məhsul İdman Sağlamlıq Kompleksinin stadionunda ("İnşaatçılar" metrostansiyasının yaxınlığı) keçirilməsinə razılıq verildiyi bildirilir.
Məlumatı MŞ-nın mitinq komitəsinin üzvü Seymur Həzi verib./ azadliq