Arannews-ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycana səfəri başlayıb .
vasitəçilərin İlham Əliyevlə görüşəcəyi gözlənilir. Danışıqlar yekunlaşdıqdan sonra həmsədrlərin İrəvana səfər edəcəkləri planlaşdırılıb .
Görüşlərdə həmsədrlər tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin müzakirəsini davam etdirəcəklər .
Qeyd edək ki, İlham Əliyev və Serj Sarkisyan arasında noyabrın 19-da Vyanada baş tutmuş görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər .
Bundan başqa, dekabrın 4-də Kiyevdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutub. Görüşün yekunlarına dair nazirlər gələn ilin yanvarın sonunda növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər .