Pak Ayin:Qış aylarında hava soyuq olur və iki şəhər arasında məsafə böyükdür. Ona görə də bir çox Azərbaycan vətəndaşı iki şəhər arasında uçuşların açılması üçün müraciət edib
Arannews-Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı danışıqlar davam edir.
Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib. O bildirib ki, “Azərbaycan Hava Yolları” və “İran Air” şirkətləri arasında birbaşa uçuşların yerinə yetirilməsi ilə əlaqədar müzakirələr aparılıb. Səfir əlavə edib ki, əsas məsələ uçuşların iqtisadi cəhətdən sərfəli olmasıdır: “Əgər şirkətlər razılığa gəlsələr, birbaşa uçuşlar baş tutacaq ”.
səfirin sözlərinə görə, çoxlu sayda Azərbaycan vətəndaşı Məşhədə gedərək İmam Rzanın məqbərəsini ziyarət etmək istəyir: “Qış aylarında hava soyuq olur və iki şəhər arasında məsafə böyükdür. Ona görə də bir çox Azərbaycan vətəndaşı iki şəhər arasında uçuşların açılması üçün müraciət edib”.