Tarix : 2013 Dec 15
Kod 41247

Türkiyə xarici işlər nazirinin ermənilər barədə görünməmiş açıqlaması

Türkiyənin xarici işlər naziri misli görünməyən açıqlamasında 1915-ci ildə Osmanlı imperiyası tərəfindən ermənilərin köçürülməsini vəhşilik və tamamilə yanlış addım adlandırıb

Türkiyənin xarici işlər naziri misli görünməyən açıqlamasında 1915-ci ildə Osmanlı imperiyası tərəfindən ermənilərin köçürülməsini vəhşilik və tamamilə yanlış addım adlandırıb.

AranNews - Fransa informasiya mərkəzlərinin məlumatına əsasən, Türkiyə KİV-i cümə günü bildirib ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bu həftə Ermənistanın paytaxtı İrəvan şəhərindəki görüşündə 1915-ci ildə Osmanlı imperiyası tərəfindən ermənilərin köçürülməsini vəhşilik və tamamilə yanlış addım adlandırıb.

Xəbərə əsasən, Davudoğlu bu açıqlamanı onunla birgə Ermənistana səfər etmiş jurnalistlərin arasında verib.

Türkiyə-Ermənistan münasibətlərinin korlandığı 4 son ildə bu onun Ermənistana ilk səfəridir. Davuduoğlu vurğulayıb: "Birinci Dünya Müharibəsindən sonra  Osmanlı imperiyası zamanı ermənilərin geniş şəkildə Suriyaya köçürülməsini tamamilə yanlış addım sayıram".

Ermənilər belə düşünürlər ki, 1915-1917-ci illərdə 1 milyon 500 min nəfər erməni əhalisi Osmanlı imperiyası tərəfindən qətlə yetirilmişdir. Lakin Türkiyə belə hesab edir ki, Birinci Dünya Müharibəsi zamanı 500 min erməni müharibə və aclıq üzündən ölmüşdür və ümumiyyətlə soyqırım olmamışdır.

Əhmədoğlu öz erməni həmtayı ilə görüşündə iki ölkə arasında münasibətlərin yenidən dirçələcəyinə inandığını bildirib.

Ankara 1993-cü ildə Azərbaycanla birlik və müttəfiqliyini göstərmək məqsədilə Ermənistanla öz sərhədlərini bağladı və Qarabağ münaqişəsində Azərbayacanı dəstəklədi.

Qeyd edək ki, Qarabağ ərazisinin Azərbaycanın hakimiyyəti tərəfindən idarə edilməsi beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmuşdur. Lakin erməni separatçıları Ermənistan dövlətinin himayəsi ilə 1990-cı ilin ilk onilliyində müharibə edərək bu məntəqəni işğal etdilər və bu müharibədə 30 mindən çox insan həlak olmuşdur.

 


  • Yazılıb
  • da (də) 2013 Dec 15