Əmir Əli Əkbəri deyir: Əsla dopinqə ehtiyac olmayıb və Allah bilir ki, çempion olmaq üçün nə qədər zəhmət çəkmişəm
Əmir Əli Əkbəri deyir: Əsla dopinqə ehtiyac olmayıb və Allah bilir ki, çempion olmaq üçün nə qədər zəhmət çəkmişəm.
AranNews - Əmir Əli Əkbəri enerji artıran dərmandan istifadə etməkdə ittiham edilərək, ömürlük olaraq güləş meydanına çıxmaqdan məhrum edildi. O, bundan qabaq da başqa bir idmançı ilə birlikdə güc artıran dərmandan istifadə etməkdə ittiham olunaraq iki il güləş meydanından məhrum edilmişdi. Məhrum olma müddəti sona yetməmiş Azərbaycan tərəfi ona cəlbedici vədlər verərək onları təmsil etmək üçün özlərinə tərəf dəvət etdilər. Azərilərin maddi şəraiti Əli Əkbər üçün bir röya idi. Amma müqavilədən sonra hətta şərtlənmiş miqdardan bir qədərini almasına baxmayaraq başqa ölkə üçün güləşməyi özünə qəbul etdirə bilmirdi. Onun güləş qabiliyyəti, fənn bacarıqları, cəsarəti Rusiya, Türkiyə, Azərbaycan və s. ölkələrin məsul, məşqçi və güləşçilərini qorxuya salmışdı. Bu da onun işinin pis sonluqla nəticələnməsinə gətirib çıxardı.
FİLA-nın Əli Əkbəri ömürlük güləş meydanından məhrum etməsi barədə qərarından sonra onunla söhbət etdik. Çempion dedi: "Allah şahiddir ki, heç vaxt güc artıran dərmandan istifadə etməmişəm. Bundan qabaq iki illik məhrum olduqdan sonra hətta məşqlərdə də qanuni mükəmmillərdən də istifadə etmirdim. Bununla belə necə ola bilər ki, təsiri 6 ay bədəndə qalan maddədən istifadə edim? Məhrum olma müddətim başa çatdıqdan sonra yoxlamadan keçdim. Dünya çempionatından 40-50 gün qabaq idi. Rusiyanın ev sahibliyi etdiyi tələbələrin dünya çempionatında dopinq yoxlanışından keçdim. Bundan sonra da milli komandaya seçilmək üçün dopinq yoxlanışından keçdim və bunların heç birində bir problem olmadı. Ola bilərmi ki, dünya çempionatından qabaq dopinq istifadə edim?".
Əmir Əli Əkbəri davam etdi: "Milli komandada mənim məşqlərimi və çalışmalarımı görənlər bilir ki, dopinqə ehtiyacım olmayıb və Allah bilir ki, nə qədər zəhmət çəkmişəm. Ağrı məşqlərə görə belimin möhrələri, dizimin ligamentləri və digər zədələrə dözmüşəm. Amma indi rahatlıqla deyirlər ki, mən dopinqdən istifadə etmişəm. Mən vətənimin xalqına sevgim üzündən qayıtmışam. Amma elə şərait yaradırlar ki, hatta camaat mənim sözlərimi qəbul etmir. Mən azca da olsun xilaf iş etməmişəm. Təəssüflər olsun ki, elə senarilər hazırlayırlar ki, dünya çempionluğu ilə vidalaşmağa məcbur olum. Azərbaycanın milli komandasını tərk etdiyim gündən reseptim yazıldı. Elə bir şərait yaratdılar ki, güləşdən uzaqlaşmağa məcbur olmağımdan əlavə, həmvətənlərimdən utanmaq üçün abrım da apardılar. Mənə dopinq töhməti vuranlar Allah yanında cavab verməli olacaqlar".
Göz yaşları içində danışan Əli Əkbəri davam etdi: "Azərilər mənə verdikləri pulu qaytarmağımı tələb etdikləri və əks təqdirdə mənim çarəmi kəsəcəklərini bildirdikləri gün mənim işimi bitiribmişlər. Amma mən elə bilirdim ki, onlar təkcə pulu məndən almaq üçün belə danışırlar. Mən də idman nazirinə dedim ki, siz mənim 2010-cu ildəki qəhrəmanlıq hədiyyə və mükafatlarımı verin mən də sizin pulunuzu qaytarım. Lakin bir neçə dəfə idman nazirləri dəyişdi və heç kəs məni fikirləşmədi. Onda başa düşdüm ki, mənim çarəmi kəsəcəklər, deməkdə məqqsədləri nədir".
O söhbətinin sonunda dedi: "Bir kəsi ittiham etmək, yaxud təqsiri onun boynuna qoymaq istəmirəm. Amma Uca Allahıma və şərəfimə and içirəm ki, heç bir dərmandan istifadə etməmişdim. Amma təkcə səhvim bu idi ki, finaldan qabaq heç kəsə etibar etməməliydim. Həddən artıq həyəcan və stressli olduğuma görə təlim və məşqlərə diqqət edə bilmirdim. Bel və dizimin ağrıları masaj üçün illər boyu milli komandaya kömək edən dostumdan kömək istəməyimə səbəb oldu. O da ağrılarımın sakitləşməsi üçün dil altıhəb verdi. Ola bilsin ki, bütün bu hadisələr o həbdən istifadə etdiyim, bir anlıq güvəncim və diqqətsizliyim oldu. Anabolik yağ dərmanı 6 ay insanın bədənindən təmizlənmir. Necə ola bilər ki, mən bu dərmandan istifadə edim?"