Tarix : 2013 Dec 15
Kod 41254

Azərbaycan respublikasında İmam Hüseynə (ə) əza məclisi keçirilib

Məclis Höccətül İslam kərbəlayi Şahinin quran tilavəti ilə açılıb

Arannews-13 dekabr tarixində Sumqayıt şəhərində İmam Hüseynə (ə) əza məclisi keçirilib. Məclis AİP Sumqayıt şəhər komitəsinin sədri Kərbəlayi Vüqar İbayev tərəfindən təşkil olundu. Tədbirdə 250 nəfər çoxsaylı AİP üzvi və şəhər dindarı iştirak edib.

Məclis Höccətül İslam kərbəlayi Şahinin quran tilavəti ilə açılıb. Tədbirin aparıcısı Hacı Kamran Qədirov ilk əvvəl sözü ilahiyatçı alim, Ceyranbatan Cümə məscidinin axundu, seyyid Mir Kazım Ağa Əyyubzadəyə verdi. Ağa öz növbəsində İmam Hüseyn (ə) qiyamının mahiyyətinə toxunaraq, imamın qiyamında məqsədinin insanlara təbəlla və təbərranı tanıtması olduğunu bəyan etdi. Daha sonra söz AİP sədrinin birinci müavini Hacı İnqilab Əhədliyə verildi. Hacı da kərbəla şəhidi Hürr ibn Yezid Riyahinin hansı səbəblərdən düşmən qoşunundan ayrılaraq İmama qoşulmasını  və bu günümüzdə də möminlərin  təbəlla və təbərraya nə dərəcədə əməl etməsindən söhbət açdı.

Bundan sonra dəyərli məddahların ifasında roizə və mərsiyələr oxundu. Tədbirdə həmçinin AİP sədrinin təşkilatı məsələlər üzrə sabiq müavini Hacı Arif Qəniyev və ilahiyyatçı Kərbəlayi Elman Nəsrəddinovda iştirak edib.

Sonda mərasim iştirakçıları İmam Hüseyn(ə) adına açılmış ehsan süfrəsinə dəvət edildi./islaminsesi


  • Yazılıb
  • da (də) 2013 Dec 15