Tarix : 2013 Dec 16
Kod 41257

Zərif: “Levinson” İranda deyildir

İranın xarici işlər naziri bir amerikan telekanalı ilə müsahibədə Amerikanın yeni sanksiyalarına işarə edərək, deyib: nüvə müzakirələri öz istiqamətindən çıxıbdır, amma hələ ölməyibdir

İranın xarici işlər naziri bir amerikan telekanalı ilə müsahibədə Amerikanın yeni sanksiyalarına işarə edərək, deyib: nüvə müzakirələri öz istiqamətindən çıxıbdır, amma hələ ölməyibdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müzakirələri haqda CBS Telekanalı ilə müsahibəsi zamanı deyib: Bu müzakirələr ölməyibdir, hətta əgər İran Amerikanın Xəzinədarlıq Nazirliyinin yeni dövr sanksiyalarından qəzəbli olsa belə.

Amerikanın Xəzinədarlıq Nazirliyi ötən həftə bildirdi ki, İrana qarşı sanksiyaları təsirsiz etməyə çalışan şirkətlər və şəxslərin mal varlıqlarını donduracaq və onların maliyyə fəaliyyətlərinin qarşısını alacaq.

Zərif bu haqda deyib: Bu hərəkət tam səhv bir hərəkət idi və mən bu qərardan təəssüfləndim və narahat oldum. Amma uzunmüddətli müzakirələrin davamı üçün qısamüddətli anlaşma haqda öhdəlikliyəm.

O sonra belə vurğulayıb: Biz Cenevrə Anlaşmasının icrasına və Təşəbbüs Proqramı haqda öhdəlikliyik. Amma hər iki tərəfin ona sadiq olmalı olduğuna inanırıq.

Zərif həmçinin deyib ki, altı il öncə İranda itkin düşmüş FBİ-ın sabiq işçisindən heç bir əsər yoxdur.

1998-ci ildə FBİ təşkilatından təqaüdə çıxmış Robert Levinson altı il öncə İranın cənubunda yerləşən Kiş adasına səfəri zamanı itkin düşdü. Ağ Ev bu şəxsin dövlət məmuru olmadığını bildirsə də, Assoşiyyetidpres Xəbər Agentliyi son zamanlar bu şəxsin CİA casusu olduğunu və İrandan informasiyalar əldə etmək üçün bu ölkəyə səfər etdiyini bildirdi.

Zərif bu haqda deyib: Levinsonun taleyi bəlli deyil və İran dövləti onun olduğu məkan haqda heç bir məlumata malik deyildir.

İranın xarici işlər naziri sonra deyib: Bizim bildiyimiz yeganə məsələ budur ki, o İranda həbs edilməyibdir və əgər belə olubsa, o hökumət tərəfindən həbs edilməyib və mən belə fikirləşirəm ki, İran hökuməti ölkənin idarəsinə yaxşı nəzarət və hakimiyyətə malikdir.

Amerikanın dövlət katibi Con Kerri bundan öncə ABC telekanalı ilə müsahibəsi zamanı, İranın Levinsonun tapılmasında ABŞ-a yardım edə biləcəyini bildirmişdir.

 

 

 


  • Yazılıb
  • da (də) 2013 Dec 16