Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi - MTN tərəfindən həbs olunmuş jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli, ona işgəncə verildiyini deyib
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi - MTN tərəfindən həbs olunmuş jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli, ona işgəncə verildiyini deyib.
Bu gün Pərviz Həşimlinin məhkəməsi başlayıb. Qolubağlı halda maskalı şəxslər tərəfindən məhkəməyə gətirilən Pərviz Həşimli jurnalistləri görər-görməz qışqırıb: "Mənə işgəncə verirlər!".
Bundan sonra MTN işçiləri onu dərhal məhkəmə binasna salıblar.
Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
P.Həşimli iddiaları qəbul etmir. Jurnalist özü və yaxınları bu həbsin siyasi motivli olduğunu bildirir .