Tarix : 2013 Dec 16
Kod 41265

İran gələn 5 ilə qədər Kosmosa İnsan Kosmonavtı göndərəcək

İranın Kosmonavtika Sistemləri Araşdırmalar Mərkəzinin sədri deyib: İran gələn 5 ilə qədər Kosmosa insan kosmonavtı göndərə bilər

İranın Kosmonavtika Sistemləri Araşdırmalar Mərkəzinin sədri deyib: İran gələn 5 ilə qədər Kosmosa insan kosmonavtı göndərə bilər.

İranın Kosmonavtika Təşkilatının sədrəvəzi Həmid Fazili İranın ikinci telekanalının xəbər proqramının Xüsusi Danışıq verilişində İran İslam Respublikasının kosmonavtika fəaliyyətləri keçmişinə işarə edərək, deyib: Ötən ilin Bəhmən ayında( ötən fevral ) Pişqam adlı ilk meymun kosmonavt İran tərəfindən Kosmosa göndərildi və sağlam olaraq, yenidən əldə edildi. Son kosmosa atış da, texnologiyanın sabitləşdirilməsi, özünə inamın davamı və daha artıq texnologiyaların əldə edilməsi və bu hərəkəti təkrar etmə qabiliyyətini artırmaq istiqamətində idi.

Fazeli sonra deyib: Bizim hədəflərimiz tam olaraq sülhsevər məqsədlər və bəşər həyatının yüksəldilməsi və yaxşılaşdırılması istiqamətindədir.

İranın Kosmonavtika Sistemləri Araşdırmalar Mərkəzinin sədri Məhəmməd İbrahimi də deyib:əgər bizim elmi sınaqlarımız xüsusi bir problemlə üzləşməsə, yer orbitinin altında insan kosmonavtın göndərilməsi üçün 4-5 ildən çox bir zamana ehtiyacımız yoxdur.

İranlı alimlər 1391-ci hicri şəmsi ilinin Bəhmən ayında(ötən fevral ayı) Pişgam adlı birinci kosmik raketinin atışı ilə kosmosa Aftab adlı birinci meymun kosmonavtı göndərib, sonra onu sağlam olaraq, yenidən əldə etdilər. 1392-ci ilin Azər (cari dekabr ayı) ayında bu uğur və yeni texnologiyanı təkrar edərək, İran İslam Respublikasının Bio-kosmik texnologiyası üzrə yüksək yeri keçmişdəkindən daha artıq möhkəmləndi.

İran 1387-ci hicri şəmsi ili( 2008-ci milad ili) Omid adlı birinci tam iranlı süni peyki tam müstəqil olaraq kosmosa göndərməklə, bu haqdakı qüdrətini dünya xalqının gözləri önünə sərgilədi və praktiki olaraq, bu hərəkətlə Dünya Kosmonavtika Klubuna daxil oldu.

Rezos irqindən olan bir meymunu daşıyan tədqiqat kosmonavtika raketi İranın Semnanda yerləşən Kosmonavtika Atış Bazasında, Kosmosa Atış Platformasında yerləşdirildi və orbitin altında 120 kilometr yüksəklikdə olan bir istiqaməti arxada qoyduqdan sonra təqribən 15 dəqiqə müddətində yerə geri döndü və canlı varlığı sağ-salim yerə geri qaytardı.

Bundan öncə də 1390-ci hicri şəmsi ilində İranın Pişqam adlı kosmik tədqiqat raketi elə həmin irqdən olan Aftab meymununu özünün kosmosa səfərində eyni irtifa yəni 120 kilometrə qədər apardı. Amma daha az müddətdə yəni iki dəqiqə az bir müddətdə təqribən 13 dəqiqədə yerdə sağ-salim yenidən əldə edildi

 


  • Yazılıb
  • da (də) 2013 Dec 16