Tarix : 2013 Dec 16
Kod 41267

Bakıda Milli Şuranın qiymət artımına etiraz mitinqi keçirilib

aksiyada "Qiymətlər endirilsin!", "Bahalaşmaya son!" şüarlarının səsləndirilib
Azərbaycan Respublikası KİV-nin məlumatına görə, aksiyada "Qiymətlər endirilsin!", "Bahalaşmaya son!" şüarlarının səsləndirilib. Güclü yağışın yağmasına baxmayaraq, aksiya iştirakçıları aksiyanı davam etdiriblər.
Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış ediblər.
Mitinqdə çıxışında Milli Şuranın sədri Cəmil Həsənli xalqı iqtidara qarşı üsyana çağırıb.
Çıxışının davamında Cəmil Həsənli hazırda məhkəməsi gedən siyasi fəalların, jurnalistlərin, NİDA-çıların, günahsız vətəndaşların üzərində gedən məhkəmələri məzhəkə adlandırdı və dedi ki, rejim onların iradəsini qıra bilmədi.
Milli Şura sədri dünyada gedən prosesləri təhlil əsasında dedi ki, Azərbaycan iqtidarı da bu demokratiya dalğasına tab gətirə bilməyəcək və gedəcək. Azərbaycan iqtidarı öz mahiyyətini dəyişə bilmir və dəyişməyəcək. Ona görə də gərək xalq onu dəyişsin.
Cəmil Həsənli açıq şəkildə xalqı iqtidara qarşı açıq çıxışlara, müqavimət hərəkatına “pozulan konstitusiyanın bərpasına”, bir sözlə, mövcud iqtidarı iş başından düşürməyə çağırdı.

  • Yazılıb
  • da (də) 2013 Dec 16