Tarix : 2013 Dec 16
Kod 41270

Bakılı tələbənin şəhadətdən qabaq son fikirləri: Azərbaycan ikinci Suriyaya çevrilməkdədir-şərait və nəticələr


Ön söz

10 gün bundan öncə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi, Azərbaycan islamçılarının media sahəsində fəallarından olan Asim Məmmədovun meyiti  Fövqəladə Hallar Nazirliyinin əməkdaşlar tərəfindən dənizdən tapılaraq çıxarılıb.

Bu hadisə hər bir mövzudan qabaq kommunist rejiminin 1937-ci və ondan sonrakı illərdəki siyasətlərini xatırladır. Çünki həmin illərdə bir dindar yox, Azərbaycanın çoxlu sayda dindarları, xüsusilə də şiə alimləri öz dini etiqadlarında qalmaq istədikləri və Azərbaycanın şiə kimliyini İslam dünyasından ayırmaq istəyən kommunistərin mədəni siyasəti ilə razılaşmadıqları üçün çox dəhşətli bir şəkildə şəhid edilirdilər. O yollardan biri də dindar və ruhanilərin dənizə atılması idi.

Məhərrəm ayında şəhid edilmiş pak fitrətli bu azəri gənc bu ölkənin qərb çılpaqlığına, anti-İran və islamofobiyaya xidmət edən mediasının yaratdığı hasar və əxlaqsızlıq uçurumundan qurtula bilmiş və əsas şiəçilik dəyərlərinin həyata keçməsi istiqamətində hərəkət etmişdi. Şəhid Asim Məmmədova Azərbaycanda vəhabiliklə mübarizə aparan ilk şəhid ləqəbi vermək olar. O, son vaxtlar imam Xomeyninin (rh) Məhərrəm ayının fəzilət və əzəməti barədəki çıxış və bəyanatlarını "islam-azeri" saytı üçün azəri dilinə tərcümə edərək hazırlamış və cari ilin Məhərrəm ayında bir neçə dəfə saytda dərc edilmişdi.

Dindar tələbə bir müddət qabaq özünü facebook səhifəsində vəhabilər tərəfindən təhdid edildiyini bildirmişdi. Bu təhdidin sirrini şəhidin görüşlərinin tərzində araşdırmaq olar. O, facebook səhifəsində yazmışdı: "Son vaxtlar vəhabilər və bəzi şiələrin bir-birinə ağır sözlər demələri və ölümlə təhdid etmələrinin şahidi oluruq. Bu təhdidlər davam etdiyi surətdə Azərbaycanı ikinci Suriyaya çevirəcək".

Azad fikirli bu azəri dindar tələbənin Azərbaycanın ikinci bir Suriyaya çevriləcəyi barədə yürütdüyü nəzər hərtərəfli araşdırmaya ehtiyacı olan bir mövzudur.

 

Bir proqnoz və onun ardınca şəhadət

Azərbaycan Respublikasının ictimai-siyasi fəalının proqnozu o dərəcədə əhəmiyyət kəsb edirdi ki, bir tərəfdən bu ölkə hakimiyyətini qorxuya salırdı, digər bir tərəfdən isə bu ölkə vəhabilərini və öz palnlarının tez ifşa olunmasından təəccübənimiş vəhabiləri himayə edən ölkə və qrupları çarə yolu axtarmağa vadar edirdi. Ona görə də bəzi siyasi-ictimai ekspertlər Asim Məmmədovun şəhadətində Bakı dövlətinin təhlükəsizlik qüvvələrini, bəziləri də vəhabi qruplarını tərəf ittiham edirlər. Əlbəttə bir az diqqət etsək, hər iki tərəfin əməkdaşlıq etməsi nəticəsinə çatarıq. Çünki Bakı dövləti ölkənin əsas şiə hərəkatları ilə mübarizə üçün vəhabi hərəkatlarından yararlanıb. Baxmayaraq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmilərinin etirafına əsasən, dövlət bu siyasətdən əks nəticə almışdır.

 

Azərbaycan Respublikası və vəhabilik

Azərbaycan Respublikası məzhəb tərkibi baxımından İran İslam Respublikasından sonra dünyada ikinci şiə ölkəsi sayılır və uzun illərdir ki, vəhabi hərəkatların diqqət mərkəzindədir. Hal-hazırda əksəriyyəti şiələr, xüsusilə də fəal şiələr olan Azərbaycan Respublikası , son illərdə xaricdən, həmçinin Azərbaycan dövələtinin sakit himayəsindən bəhrələnən "vəhabi azlığı" adlı problemlə üzləşmişdir. Hazırda azlıqda olan bu qrup ölkənin məzhəbi tərkibini dəyişmək və bu müsəlman ölkəsindəki həqiqi islamın genişlənməsinin qarşısını almaq məqsədilə şiələrlə qarşılaşmaq fikrindədirlər. Asim Məmmədovun şəhadəti, həmçinin ölkənin tanınmış ruhanisi Hacı Şahin Həsənlinin ölümlə təhdid edilməsi vəhabilərin bu məqsədinin görüntüləridir. Bu barədə Türkiyənin Cəfəri Cəmiyyətinin sədri Səlahəddin Özgündüz ötən il Azərbaycanın Bakı xəbəri qəzetinə müsahibəsində demişdi: "Vəhabiliyin tərəfdarı olan ölkələrin Azərbaycanda dini zəminədə qarşıdurma yaratmağa çalışmaları inkar edilməz bir həqiqətdir". Onun dediklərinə əsasən, sünnülük adı altında Azərbaycana vəhabilik ötürülür və onların məqsədi bu ölkənin dini tərkibinin dəyişdirilməsidir.

Bundan üç il qabaq Azərbaycan İslam Partiyasının həbsdə olan sədri doktor Mövsüm Səmədov da həbs edilməmişdən və uzun müddətli həbs cəzasına məhkum olmazdan öncə vəhabilik barədə öz mövqeyini açıqlayaraq demişdi: "Vəhabilik təlimləri Ərəbistanın sərmayəsi ilə bu ölkədə genişlənməkdədir". O xatırlatmışdı: "1997-ci ildən bəri vəhabilər Azərbaycanda mərkəzlər təsis edir, məscid tikir və məscidlərə nüfuz etməklə öz əqidələrini təbliğ edirlər. Vəhabilər Azərbaycan xalqının iqtisadi vəziyyətinin aşağı olmasından istifadə edərək milyardlarla dollar sərmayə qoymuşdur və hal-hazırda bu sərmayə 15 min nəfərin bu firqəyə qoşulmasına səbəb olmuşdur".

 

Bir müddət qabaq Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyat fakültəsi üzrə dekan müavini bu ölkədə vəhabiliyin genişlənməsi barədə deyib: "Əsasən, Səudiyyə Ərəbistanı kimi ölkələrdən qidalanan və dəstəklənən radikallıq Azərbaycanda şiə və sünnü müsəlmanları arasında ixtilaf yaratmaq niyyətindədir".

Hazırda Azərbaycanda vəhabilərin sayı 50 minə çatır və onlar 4 əsas qrupa bölünür: müasir xəvariclər, hicrət camaatı, təkfir və ixvanlar. Son vaxtlar məktəb şagirdləri arasında vəhabiliyə qoşulmaq nəzərə çarpacaq dərəcədə artıb. Azərbaycanın "Gənc rəhbərlər" təşkilatının sədrinin Anspress internet agentliyinə verdiyi müsahibəsində deyilir: "Ölkə məktəblərində aparılan araşdırmalar göstərir ki, radikal dini hərəkatların təsiri şagirdlər arasında genişlənməkdədir". Moska çapı olan "Nezavisimaya qazeta" yazır: "Azərbaycanda İslamın təməllərini ən pis formada tərvic etmək istəyən qüvvələr, onların ən təhlükəlisidir. Səudiyyə Ərəbistanından, Fars Körfəzi ölkələri və Türkiyədən himayə olunan təşkilatlar digərlərindən daha fəaldır. Bu təşkilatlar müharibə köçkünləri düşərgələrində və imkansız ailələrə xeyriyyə işləri adı altında öz işlərinə məşğuldur və daha fəaldırlar".

 

Azərbaycan Respublikasının vəhabiləri və Suriya böhranı

Suriyada fitnə odunun şölələnməsi ilə eyni zamanda Azərbaycanda bir sıra vəhabi, hətta sünnü gənclər Ərəbistan və Türkiyəyə bağlı dairələrin təhriki ilə müharibə şəraitində olan Suriyaya ezam olundular. İndiyə kimi onlardan bir neçəsi ölmüşdür. Son vaxlar ANS telekanalı vəhabilərin Türkiyənin köməyi ilə Azərbaycandan Suriyaya göndərilməsi barədə təkanverici bir verliiş yayımladı. Bu verliş əsasən vəhabi və təkfirçi qruplar Suriya dövləti və xalqı əleyhinə terror əməliyyatları törətmək üçün Zaqata və Qusar rayonlarının gənclərini müxtəlif bəhanələrlə aldadaraq Türkiyə ərazisindən Suriyaya göndərirlər.

 

Azərbaycan Respublikasının ikinci Suriyaya çevrilməsi

Hal-hazırda bəzi ekspertlər şəhid Asim Məmmədovun Azərbaycanın ikinci Suriyaya çevriləcəyi proqnozu çərçivəsində belə düşünürlər ki,Suriya böhranı başa çatdıqdan sonra (artıq onun əlamətləri görünməkdədir) bu ölkəyə toplaşmış terrorçular öz macara və hədəflərini həyata keçirmək üçün başqa yer ardınca olacaqlar. Bu arada Azərbaycanda Suriya böhranı yaratmaq və bunun ardınca terrorçuların bura gəlməsi üçün daxili və xarici lazımi zəminələr vardır.

 

Daxili zəminələr

- Əhalinin kütləvi surətdə dolanışığının və maddi imkanının aşağa səviyyədə olması, ədalətsizlik, korrupsiya, təbəqə fasiləsi və s. kimi sosial problemlər xalqın narazılığına səbəb olmuşdur.

- Qarabağın işğal altında qalmasının davamı, iyirmi ildən sonra hələ də Qarabağ qaçqınlarının münasib yaşayış yerləri ilə təmin edilməməsi və ümumi yataqxanalarda qalmaları onların  səbir kasasının daşmasına gətirib çıxarmışdır.

- Etnik bərabərsizlik, ölkənin ictimai sabitliyində böyük boşluq əmələ gətirmişdir.

- Ötən illər ərzində dövlətin anti-dini siyasəti və yüzdən yuxarı islamçının həbsi islami hərəkatların hakimiyyətə etibar etməməsinə səbəb olmuşdur.

- Hazırda ölkənin qərbyönümlü müxalifəti hazırkı hakimiyyəti dəyişməyə çalışır və bu məqsədi həyata keçirmək üçün fürsət axtarırlar.

- Hazırda nə müharibə və nə sülh durumunda olan Ermənistanla Azərbaycan arasındakı Qarabağ münaqişəsi qeyd edilən mövzu üçün zəminə ola bilər.

- Azərbaycan şiələri və vəhabiləri arasında bəzi qarşıdurmalar başlamışdır və onun nümunələrinə yuxarıda işarə etdik.

 

Xarici zəminələr

- Vəhabilərin də iştirak edəcəyi və hətta hökumətdə vəzifələrtuta biləcəkləri məzhəbi qarşıdurma və siyasi-ictimai gərginlik yaransa, bu gərginlik digər ölkələrin vəhabiləri və sələfi qrupları tərəfindən dəstəklənəcək və himayəçi və Ərəbistan kimi vəhabi ölkələrin siyasəti proqramı çərçivəsində olacaq.

- Azərbaycanda istimai-siyasi böhranlar bu ölkədə nüfuzu olan region və transregion ölkələrin, o cümlədən ABŞ və sionist rejimin istəyi istiqamətində olacaq. Çünki:

1. Bu ölkələr ötən illər müddətində Azərbaycanın şiə hərəkatlarının güclənməsindən, hətta uzaq gələcəkdə hakimiyyətə gələ bilmələrindən qorxur.

2. Qeyd olunan ölkələr bu nəticəyə gəliblər ki, ictimai boşluqlar və xalqın oyanışı səbəbinə indiki dövlətin ömrü o qədər də uzun sürməyəcək. Ona görə də böhran və fitnə yaratmaqla neft ölkəsi olan Azərbaycanda onların siyasətini icra edən, iqtisadi maraqlarını və enerjiyə ehtiyaclarını ucuz və yaxşı təmin edən bir dövlətin hakimiyyətə gəlməsinə çalışacaqlar.

3. Sionist rejimi və ABŞ Azərbaycanda anti-İran siyasətlərini yürütmək və bu ölkə şiələrinin İran şiələri ilə yaxınlaşmasına mane olmaq üçün münasib fürsət ardıncadırlar. Onlar belə güman edir ki, bu önəmli məsələ böhran şəraitində indiki durumundan da yaxşı həyata keçəcək.

- Bütün bu məsələlərlə yanaşı, Azərbaycanın siyasi, iqtisadi və mədəni əsaslarına fövqəladə nüfuz etmiş Türkiyə kimi güclü bir dövlət vardır. Türkiyə, Suriyada fitnə yaratmağa bais olmuş səbəblər üzündən Azərbaycanda da iqtisadi, siyasi və ictimai bir böhran, gərginlik yaradacaq ki, Fətulla Gülən vasitəsilə Azərbaycanda həyata keçirdiyi dini və mədəni siyasətlərini gücləndirsin və istədiyi nəticəyə çatsın.

- Azərbaycanın Şimali Qafqazla qonşu olması və vəhabilərin bu məntəqədən ölkəyə asan gediş-gəlişi.

- Azərbaycanın strateji və geostrateji mövqeiyyəti onu həmişə böyük ölkələrin diqqətində saxlayır.

Bu proqnozun gerçəkləşdiyi surətdə Azərbaycan Respublikasının durumu

Qabaqlar Azərbaycan dövləti tərəfindən həbsdə olumuş şəhid Asim Məmmədov facebook səhifəsində paylaşdığı proqnozun davamında yazır: "Azərbaycanda belə bir hadisə baş verdiyi surətdə hökumət vəhabilərlə qarşılaşmaq üçün indi zindana atdığı ruhanilərdən kömək istəyəcək. Çünki yezidilər məktəbinin müqabilində təkcə imam Hüseyn (ə) məktəbi dayana bilir. Necə ki, Livan Hizbullahının Suriyaın vəhabilərlə müharibəsinə daxil olması ilə vəziyyət Bəşər Əsədin xeyrinə dəyişdi".

Aydındır ki, Azərbaycanla Suriya arasındakı çoxlu siyasi və ictimai ortaqlıqlar olmasına baxmayaraq, bu iki dövlətin çoxlu əsaslı fərqləri də vardır və təbiidir ki, vəhabi terrorçulrı bu ölkəyə hücum etsələr, Azərbaycan sekular dövləti söykənə biləcək dayağı olmayacaq. Suriya dövləti müqavimət xəttində dayandığı və sionost rejimi qarşısında daim müqavimət göstərdiyi üçün ölkənin müxtəlif xalq qüvvələri, digər ölkələrin şiələri və digər müsəlmanları, Livan Hizbullahı və hamısından önəmlisi İran İslam Respublikası tərəfindən dəstəklənir, himayə olunurdu. Ona görə də Qətər, Ərəbistan, sionist rejimi, Amerika və s. kimi ölkələrin himayəsi ilə ölkəyə hücum etmiş vəhabi terrorçularının qarşısında dayana bildi. Amma Azərbaycan dövləti sionist rejimi ilə yaxın olduğuna, islamofobiya siyasəti izlədiyinə və ötən illər boyunca İrandan uzaqlaşdığına görə Suriyanın yararlandığı bu qrupların heç biri tərəfindən dəstəklənməyəcək. Əlbəttə, Rusiya nikbin bir halda ortada rol ifa etməyə çalışacaq.

 

Nəticə

Kül altında köz kimi olan təzə müstəqillik qazanmış Azərbaycan Respublikasının həssas  siyasi və ictimai şəraitindən kiçik bir hissəsini açıqlamaq bu ölkənin xas və incə bir durumunu bəyan etməkdir. Belə bir həssas zaman durumunda dövlətin tədbirləri öz ardınca ağır sosial böhran gətirən siyasi bir böhranın qarşısını ala bilər.

 

Sözsüz, Azərbaycan dövləti belə bir siyasi-ictimai böhranın qarşısını almaq üçün öz cari siyasətlərində əsaslı dəyişikliklər etməyə, şəraitə uyğun siyasət yürütməyə məcburdur. O cümlədən:

- Ölkə xalqı ilə hərtərəfli yaxınlaşma siyasəti, xüsusilə də müxtəlif xalq qrupları, şiə fəalları, siyasi partiyalar, Qarabağ köçkünləri arasında itirdiyi etibarını yenidən dirçiltməsi və korrupsiya əsasında işləyən idarə sisteminin islahı, zindanda olan şiə fəallarının azadlığı, ictimai təbəqələşmədə fasiləni azaltmaq, Azərbaycan xalqının layiq olduğu səhiyyə sistemi yaratmaq və s. kimi əməli addımlar atmalı.

- Qonşularla yaxınlaşma və yaxşı qonşuluq siyasəti yürütməli və gərginlik yaradan siyasətlərə son qoymalı.

- Qarabağa bir vasitə kimi istifadə etmək əvəzinə onun azadlığı üçün əməli və fəal siyasət yürütməli.

- Sionist rejimi ilə yaxınlaşma siyasətində əsaslı dəyişiklik etməli.

Sonda vəhabilərlə mübarizədə ilk şəhid Asim Məmmədovun Azərbaycan dövlətinin həbsindən azad olduqdan sonra yazdığı cümlələri diqqətinizə çatdırırıq: "Mənim və etiraz edən digər fəalların həbsi siyasi sifarişdir. Mənim təqsirim təkcə budur ki, həqiqəti demişəm. Azərbaycanın vəziyyətinə diqqət etməklə bu insanın həbsi üçün kifayətdir."

Hamid Gülsütani, Beynəlxalq Münasibətlər üzrə magistr

 


  • Yazılıb
  • da (də) 2013 Dec 16