ABŞ-ın Şərqi Miçiqan Universitetinin tələbələri Ümümdünya Hicab Günü münasibəti ilə müsəlmanlara dəstək olmaq üçün hicab geyinib
AranNews - XəbərNo dini saytının verdiyi məlumata əsasən, ABŞ-ın Şərqi MiçiqanUniversitet tələbələri Ümümdünya Hicab Günü münasibəti ilə dinindən, milliyətindən və irqindən asılı olmayaraq hər kəsi hicabı sınaqdan keçirməyə dəvət ediblər.
Bu dəvət Universitetin qız tələbələri tərəfindən nəzərə çarpacaq həddə yaxşı qarşılanıb və müsəlman qızlar öz tələbə yoldaşlarına hicabın geyilmə formasını öyrədiblər. Universitetin 70%-dən yuxarı tələbəsi bu proqramda iştirak etmiş və baş örtükləri alaraq ömürlərində ilk dəfə olaraq islami hicabı təcrübə ediblər.
Proqramda ailə və izdivac məsələləri üzrə məsləhətçi Nadia Bazzy çıxış etmiş və bir hicablı qadın kimi ABŞ camiəsindəki şəxsi təcrübələrindən danışmışdır.
O, həmçinin öz çıxışında zahiri hicabdan danışmaqla yanaşı, daha dərin hicab məsələsinə toxunmuş, həya və təvazökarlığı hicabın daha geniş mənalarının nümunəsi kimi təqdim edib.