Tarix : 2013 Dec 16
Kod 41273

Təbrizdə "Xəşayarşa" tarixi kətibəsinin açılış mərasimi olub

Təbrizdə 2472 illik qədim tarixi olan Həxaməniş dövrünə aid "Xəşayarşa" tarixi kətibəsinin açılış mərasimi keçirildi
AranNews - Şərqi Azərbaycan Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri bu kətibənin təqdimi mərasimində İRNA müxbirinə müsahibə verərək deyib: "Bu kətibə polis əməkdaşlarının təhqiqatları və Azərbaycan muzeyindən oğurluq edənlərin həbs edilməsi aşkarlanmış Mədəni İrs məsullarına təhvil verilmişdir".
Bu tarixi kətibənin dəyərinə toxunan Turab Məhəmmədi xatırladıb: "Mixi yazılarla yazılmış kətibə daha çox ictimai mövzulara işarə edir".
O artırıb: "Əsərin tərcüməsində iranlıların Həxaməniş dövründə böyük sivilizasiya və mədəniyyətindən xəbər verən xalqın şadlıq və səyahəti mövzusu daha çox diqqəti çəkir".
"Öz dəyər və qədim tarixinə görə Kuruş İnsan Haqları Bəyannaməsindən sonra bu kətibə camiədə ictimai məsələlərə, dəyərlərə və insan məqamına işarə edən ikinci əsərdir"-deyə, Məhəmmədi bildirib.

  • Yazılıb
  • da (də) 2013 Dec 16