Tarix : 2013 Dec 18
Kod 41291

Əfxəm: Bakıda müştərək komissiyanın keçirilməsi iki tərəfin anlaşmaya maraqlı olduğunu göstərir

Bu iclaslar davamlı şəkildə İran İslam Respublikası və Azərbaycan Respublikası arasında keçirilir və İran İslam Respublikasının ekspert qrupları Bakıdadır ...

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu gün səhər daxili və xarici media mənsublarının iştirakı ilə keçirilən mətbuat konfransında ötən gün Bakıda işə başlayan İranla Azərbaycanın müştərək komissiyasının iclası barəsində deyib:

Bu iclaslar davamlı şəkildə İran İslam Respublikası və Azərbaycan Respublikası arasında keçirilir və İran İslam Respublikasının ekspert qrupları Bakıdadır ki, təhlükəsizlik, sərhəd təhlükəsizliyi, ikitərəfli münasibətlər, informasiyalar, əməkdaşlıqların gedişi və digər məsələlər barəsində azərbaycanlı qruplarla danışıqlar aparsınlar.

Səhər telekanalı müxbirinin sualını cavablandıran xanım Mərziyyə Əfxəm həmçinin deyib: İran İslam Respublikası komissiyanın iclası sona çatdıqdan sonra hazırda iki ölkə arasında keçirilməkdə olan bu iclasın danışıqları və nəticələri barəsində məlumatları tam şəkildə yayımlayacaq. Bu danışıqlar iki ölkənin günü-gündən artmaqda olan münasibətlərə maraqlı olduqlarını və anlaşmaların baş tutduğunu göstərir. İran həmişə bildirib ki, İslam Respublikası Azərbaycan Respublikası ilə qədim tarixi, dini və mədəni bağlara malikdir. Bu ortaqlıqlar inkişafda olan əməkdaşlıqlar prosesinin güclənməsini artırır.

 

 

 


  • Yazılıb
  • da (də) 2013 Dec 18