Hicab məhbusları Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov, David Kərimov, Telman Şirəliyev, Miradaş Quluyev, Ceyhun Quliyevin Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətə dekabrın 19-da baxılacaq
Arannews-Bu gün hicab məhbuslarının məhkəməsi keçiriləcək.
Hicab məhbuslarının şikayətinə məhkəmə istintaqı olmadan baxılacaq.
Hicab məhbusları Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov, David Kərimov, Telman Şirəliyev, Miradaş Quluyev, Ceyhun Quliyevin Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətə dekabrın 19-da baxılacaq. “Media forum”a danışan vəkil Zaman Səmədov bildirib ki, ilkin baxışdan Ali Məhkəməyə verilən kassasiya şikayəti təmin edilməyib: “Bakı Apellyasiya Məhkəməsi şikayət haqqında məhkəmə istintaqı aparmadan qərar çıxaracaq ”.
Aprelin 22-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov 5 il 6 ay, David Kərimov, Telman Şirəliyev 6 il, Miradaş Quluyev, Ceyhun Quliyev 5 il müddətinə azadlıqdan məhrum ediliblər .
Dindarlar ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə təqsirli bilinib. Hadisəyə görə 40-a yaxın şəxs həbs edilib. Aksiyada baş verənlər Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə araşdırılıb .