Tarix : 2013 Dec 19
Kod 41298

Azərbaycan və ABŞ arasında imzalanmış sazişin müddəti uzadılır!!!

Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında ABŞ-Azərbaycan arasında hərbi sənəd müzakirə olunub

Arannews-Parlamentdən verilən məlumata görə, komitə sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov sənəd barədə məlumat verib .

O qeyd edib ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə” sənəd faktiki olaraq 10 il əvvəl imzalanmış sazişin müddətinin daha beş il uzadılmasını nəzərdə tutur.

deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasını vacib sayıblar .Layihə MM-in plenar iclasına tövsiyə olunub.


  • Yazılıb
  • da (də) 2013 Dec 19