Tarix : 2013 Dec 19
Kod 41301

Tehranın Ticarət Palatasının rəhbəri Azərbaycanın fövqəladə hallar naziri ilə görüşüb

Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov iranlı və azərbaycanlı investorlardan iki ölkə iqtisadi münasibətlərinin təsbit olunmasında iqtisadi müştərək layihələri icra etmələrini istəyib

Arannews- Tehranın Ticarət, Sənaye və Mədənlər Palatasının rəhbəri 30 iş adamından ibarət bir heyətə başçılıq edərək Azərbaycan Respublikasının Ticarət Palatası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəvəti ilə çərşənbə axşamı günü Bakıya səfər edib.

Kəmaləddin Heydərov Bakıda səfərdə olan Tehranın Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Yəhya Ali İshaqla görüşdə bu müraciəti irəli sürüb .

Bu görüşdə iki tərəf gömrük, vergilər və bank sahələri xüsusiyyət təşkil etməklə ticarət münasibətlərinin yolu qarşısında duran maneə və problemlərin həlli üçün lazımi addımların atılmasının vacibliyini vurğulayıb .


  • Yazılıb
  • da (də) 2013 Dec 19