Putinin sayca doqquzuncu olan belə böyük mətbuat konfransında 1300 yerli və xarici jurnalist iştirak edəcək
Arannews-Rusiya dövlət başçısı Vladimir Putin bu gün Moskva vaxtilə saat 12-də böyük bir mətbuat konfransı keçirəcək .
Rus mətbuatı xəbər verir ki, Putinin sayca doqquzuncu olan belə böyük mətbuat konfransında 1300 yerli və xarici jurnalist iştirak edəcək .
Rusiya prezidentinin mətbuat xidmətindən verilən açıqlamaya görə V. Putin jurnalistlərlə görüşə tam hazırdır. Məlumatda o da qeyd olunur ki, bunun üçün Kreml rəhbəri dövlət orqanlarının rəsmi, statistik informasiyalarına da nəzər salıb. Qeyd edək ki, V. Putinin təşkil etdiyi mətbuat konfransları 4 saatdan artıq davam edir. Onun jurnlaistlərlə ən uzun çəkən görüş isə 2008-ci ildə olub. Bu tədbir 4 saat 40 dəqiqə sürüb. V. Putinlə görüşə Azərbaycandan olan jurnalistlər də gedəcək.